Məhkəmə qərarları › İş №3(026)-220/2024

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-220/2024

08.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-220/2024 08.07.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ X10 Elbrus oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi ilə, protokolu tərtib edən Qobustan rayon Polis Şöbəsinin əməkdaşı, polis mayoru X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1960-cı ildə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Bakı şəhəri, Yeni Yasamal-2, ev 5, mənzil 173-də qeydiyyatda olan Şəxs olunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Qobustan rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qobustan rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə 05 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs 15 iyun 2024-cü il tarixdə Qobustan rayonu ərazisində YPX-in əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq onları söyüb təhqir etmişdir. Nəticə də Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 510 və 535.1ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qobustan rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Qobustan rayon məhkəməsinə göndərilmişdir. Protokolu tərtib edən Qobustan rayon polis şöbəsinin əməkdaşı X9 bildirdi ki, 15 iyun 2024-cü il tarixdə Qobustan rayon polis şöbəsinin əməkdaşları X8 Təhmədovla birlikdə “Kıa” markalı 99YP178 dövlət qeydiyyat nişanlı patrul avtomaşını ilə Qobustan şəhəri ərazisində xidmətdə olan zaman təxminən saat 13:00 radələrində “Kia” markalı 77XS140 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti qaydasını pozduğu üçün polis əməkdaşları tərəfindən saxlanılmış, sürücü X2 barəsində Azərbaycan Respublikası İXM-nin 329.3-cü və 327.2-ci maddələrinə əsasən İXP6333279 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin vaxtı “Hyundai” markalı 99HT419 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Şəxs polis əməkdaşlarına yaxınlaşaraq köhnə polis əməkdaşı olduğunu bildirərək inzibati xəta haqqında protokol tərtib etməməyi xahiş etmiş, lakin inzibati protokol tərtib edildiyini bildikdə isə o, küçədə ünvansız söyüşlər söyərək polis əməkdaşlarının xidməti fəaliyyətinə mane olmağa başlamışdır. Bununla əlaqədar Şəxs polis şöbəsinə dəvət edilsə də, o, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq avtomaşına əyləşərək oradan uzaqlaşaraq getmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək göstərdi ki, 15 iyun 2024-cü il tarixdə onun Qobustan şəhərində olan evinə gələn qonaqları X1 idarə etdiyi “Kia” markalı 77XS140 dövlət qeydiyyat nişanlı nəqliyyat nişanlı avtomaşının Qobustan rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanıldığını bildiyinə görə həmin yerə getmiş və özünü təqdim edərək köhnə polis əməkdaşı olduğunu deyərək qonaqlarının yollara nabələd olduğunu və ona görə də inzibati tənbehvermə haqqında protokol tərtib etməmələrini xahiş etmişdir. Lakin polis əməkdaşlarının protokol tərtib etdiyi bildikdən sonra əsəblərini cilovlaya bilmədiyindən polis əməkdaşları ilə mübahisə etmişdir. Əməlindən peşman olduğunu nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Şahid Qobustan rayon polis şöbəsinin əməkdaşı X3 bildirdi ki, 15 iyun 2024-cü il tarixdə Qobustan rayon polis şöbəsinin əməkdaşları Səmid Təhmədovla birlikdə “Kıa” markalı 99YP178 dövlət qeydiyyat nişanlı patrul avtomaşını ilə Qobustan şəhəri ərazisində xidmətdə olan zaman saat 13:00 radələrində “Kia” markalı 77XS140 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti qaydasını pozduğu üçün onu saxlanılmış, sürücü X2 barəsində Azərbaycan Respublikası İXM-nin 329.3-cü və 327.2-ci maddələrinə əsasən İXP6333279 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin vaxtı “Hyundai” markalı 99HT419 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Şəxs onlara yaxınlaşaraq köhnə polis əməkdaşı olduğunu bildirərək inzibati xəta haqqında protokol tərtib etməməyi xahiş etmiş, Onlar Şəxs “Kia” markalı 77XS140 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsüünün yol hərəkəti qaydasını pozduğunu və qanuna müvafiq olaraq barəsində protokol tərtib etdiklərini demişlər. Lakin Şəxs küçədə ünvansız söyüşlər söyərək onların xidməti fəaliyyətinə mane olmuşdur.Bununla əlaqədar Şəxs polis şöbəsinə dəvət edilsə də, o, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq avtomaşına əyləşərək oradan uzaqlaşaraq getmişdir İş materiallarında olan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Qobustan rayon Mərkəzi Xəstəxanasının” X13 tərəfindən 05 iyul 2024-cü il tarixdə verilmiş 385 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs 05 iyul 2024-cü il tarixdə alkoqol sərxoşluğu müəyyən edilməmişdir. İş materiallarında olan video diskə baxış keçirilən zaman Şəxs Qobustan rayon polis şöbəsinin əməkdaşları ilə mübahisə etdiyi və ünvansız söyüşlər söydüyü aşkar olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən 03 mart 1998-ci il tarixdə verilmiş 016487 saylı vəsiqənin surətindən görünür ki, Şəxs Qarabağ müharibəsi veteranıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs səmimi peşmançılığını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs oğlunun məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını dinləyib, inzibati materiallara əlavə olunmuş Şəxs törətməsi istinad olunan inzibati xətaların əks olunduğu sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi sübuta yetirilərək təqsirli bilinməlidir. Beləliklə iş materialları araşdırılaraq məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, ona Azərbaycan Respublikası İXM-nin 34.3cü maddəsinə əsasən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən tənbeh tətbiq edilməli, onun 01 (bir) gün inzibati qaydada tutulmağı nəzərə alınmalı və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək həmin Məcəlləsinin 34.3-cü maddəsinə əsasən 535.1-ci maddəsi ilə 200 manat məbləğində inzibati cərimə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rövşən Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar