Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-220/2025 01.08.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, İbrahimova Nigar Mustafa qızının katibliyi, Qobustan rayon prokurorunun köməkçisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil, Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxxx 2000-ci ildə Qobustan rayonu, Nabur kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonu, Nabur kəndində qeydiyyatda olan və Bakı şəhəri, Qaradağ rayonu, 28 May qəsəbəsi ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM-in) 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qobustan rayon prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqşünas X4 tərəfindən 82C-25 nömrəli material üzrə qəbul edilmiş 31 iyul 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla toplanmış materialda Şəxs və hər hansı şəxsin əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs 06 iyul 2025-ci il tarixdə saat 23 radələrində həyat yoldaşı Şəxs Qobustan rayonu, Qobustan şəhərində qonaq olduğu X3 məxsus fərdi yaşayış evinin mətbəxindəki bıçağı götürərək üstünə gəlməsi, həmçinin X1 evdən çıxıb getmək istəməsini bildirməsinə baxmayaraq olduğu otağın qapısını bağlaması barədə göstərdiyi xüsusatlar öz təsdiqini tapmadığından material üzrə həmin hissədə də cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində İXM-in 157-ci maddəsinin tərkib əlamətlərinin olduğu müəyyən edildiyindən onun barəsində həmin maddə ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror qarşısında məsələ qaldırılması qərara alınmışdır. Qobustan rayon prokuroru vəzifəsini icra edən, baş ədliyyə müşaviri X5 tərəfindən qəbul edilmiş 01 avqust 2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarla fiziki şəxs Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması, qərar və toplanmış materialın şəxsin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədilə baxılması üçün Qobustan Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qobustan rayon prokurorluğu tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Qobustan Rayon Məhkəməsinə göndərilmişdir. İXM-in 111.3-cü maddəsinə görə, inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Məhkəmə iclasında iştirak edən Qobustan rayon prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas X6 bildirdi ki, X7 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək, qızı Zərərçəkmiş şəxs döyüldüyünü və buna görə özünə qəsd etmək istədiyini bildirmişdir. Bununla bağlı olaraq əvvəlcə Qobustan RPŞ-nin təhqiqat qrupunda araşdırma aparılmış, daha sonra toplanmış material aidiyyəti üzrə Qobustan rayon prokurorluğuna göndərilmişdir. Həmin material üzrə Qobustan rayon prokurorluğunun müstəntiqi Göhər Əmiyeva tərəfindən araşdırma aparılmış, nəticədə Zərərçəkmiş şəxs özünə qəsd etmək istəməsinə dair hissədə müraciətin sadəcə formal mülahizə olduğu, hər hansı bir aktiv hərəkətlə müşayiət edilmədiyi müəyyən edilmiş, eləcə də, onun Şəxs maddi, xidməti və sair asılılığı müəyyən edilməmişdir. Həmçinin məhkəmətibbi ekspertizasının rəyi ilə Zərərçəkmiş şəxs vurulan xəsarətlərin sol said nahiyəsinin qançırları, sol qulaq sırğalığı nahiyəsinin sıyrığından ibarət olduğu müəyyən edilmişdir. Buna görə də Göhər Əmiyeva tərəfindən qəbul edilmiş 31 iyul 2025-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində İXM-in 157-ci maddəsinin tərkib əlamətlərinin olduğu müəyyən edildiyindən onun barəsində həmin maddə ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror qarşısında məsələ qaldırılması qərara alınmışdır. Qobustan rayon prokuroru vəzifəsini icra edən, baş ədliyyə müşaviri X5 tərəfindən qəbul edilmiş 01 avqust 2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarla isə Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması, qərar və toplanmış materialın şəxsin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədilə baxılması üçün Qobustan Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Təqdim edilən materiallarla Şəxs Zərərçəkmiş şəxs döyməsi faktı öz təsdiqini tapdığından, onun barəsində inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 157-ci maddəsi ilə təqsirli bilərək qeyd etdi ki, Zərərçəkmiş şəxs onun arvadıdır. O, 06 iyul 2025-ci ildə içkili olduğundan arvadını vurmuş olsa da, əməlindən peşmandır və hazırda zərərçəkmiş şəxslə barışmışdır. Ona görə də barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil bildirdi ki, Şəxs zərərçəkmiş şəxslə barışmışdır. Ona görə də onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs bildirdi ki, Şəxs onun əridir. Aralarında yaranmış mübahisə zamanı əri onu vurmuş olsa da, hazırda barışıblar və ondan heç bir şikayəti yoxdur. O, Şəxs barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, həyat yoldaşı Şəxs ilə barışdığını bildirmiş və Şəxs barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs da yazılı ərizə təqdim edərək, zərərçəkmiş şəxs, həyat yoldaşı Zərərçəkmiş şəxs ilə barışdığını bildirmiş və barəsində olan inzibati işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə inzibati xətaya dair materialları, tərəflərin izahatları ilə birlikdə araşdıraraq hesab edir ki, Şəxs tərəfindən İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bu iş materialları ilə tam təsdiq edilir. Məhkəmə-tibbi ekspertizanın 08 iyul 2025-ci il tarixli, 52 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər-sol said nahiyəsinin qançırları, sol qulaq sırğalığı nahiyəsinin sıyrığı küt əşya təsirindən törənməklə, qərarda göstərilən tarixdə və şəraitdə, yəni 06 iyul 2025-ci il tarixdə kənar şəxs tərəfindən yetirilməsi mümkündür. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. İXM-in 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 53.1.9-cu maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 39.1-ci maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İXM-in 157-ci maddəsi ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs zərərçəkmiş şəxslə barışdığından, onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və İXM-in 38, 39, 53.1.9, 114, 115, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. İXM-in 157-ci maddəsi ilə təqsirləndirilən Şəxs fərdi qaydada fəaliyyət göstərən Vəkil göstərdiyi 01 (bir) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 11 (on bir) manat dövlət büdcəsindən tutularaq Vəkil hesabına köçürülsün. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №3(026)-220/2025
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-220/2025
01.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver