Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-221/2020 11.11.2020 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx xxx 1966-cı ildə Şamaxı rayonunun Mərəzə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Qobustan şəhərində yaşayan Şəxs barəsində Qobustan rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarına baxaraq MÜƏYYƏN ETDİ: Qobustan rayonunun Qobustan şəhər sakini X2 xx xxxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vuraraq Şəxs onu döyməsini bildirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Qobustan şəhərində oğlu və gəlini Aygünlə bir evdə yaşayır. xx xxxxxxx 2020-ci il tarixdə evdə olarkən gəlini Aygün Qəniyeva onun yatdığı otağa daxil olaraq niyə işıq pulunu ödəmədiyini soruşmuşdur. O, isə cavabında pulunun olmadığını bildirmişdir. Bundan sonra aralarında mübahisə yaranmış, o, yerdəki şüşəni sındıraraq Aygünün sağ əlinin içini kəsmiş və ona şillə vuraraq evdən çıxıb getmişdir. Bir müddətdən sonra yenidən yaşadığı evə qayıtdıqda isə polis əməkdaşlarının onun evinə gəldiklərini görmüşdür. Əməlindən peşmandır. X2 ilə barışmışdır. İşin icraatına xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X2 izahatında göstərdi ki, Qobustan rayonunun Qobustan şəhərində qayınatası Şəxs və həyat yoldaşı ilə birlikdə yaşayır. Qayınatası Şəxslə aralarında daima ailə münasibətləri zəminində mübahisələri olmuşdur. xx xxxxxxx 2020-ci il tarixdə qayınatası İlqarla aralarında mübahisə yaranmış, İlqar ona qarşı söyüşlər söyərək onu təhqir etmişdir. Bu zaman İlqar evin digər otağında olan şüşə qırıntılarını götürərək onun qolunun iç hissəsini kəsmişdir. Mübahizə zamanı İlqarın onu daha çox döyməməsi üçün İlqarı itələmiş və bundan sonra DİN-nin 102 xidmətinə zəng vurmuşdur. Hazırda barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ilə barışmışdır. Ondan heç bir şikayəti və tələbi yoxdur. İşin icraatına xitam verilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş cinayət işinin başlanmasının rədd edilməsi barədə xx xxxxxx 2020-ci il tarixli qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işi başlanılması rədd edilmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə qəbul edilmiş qərar icra olunması üçün Qobustan RPŞ-in İTB-nə göndərilmişdir. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi barədə xx xxxxxx 2020-ci il tarixli qərarın surətindən görünür ki, MTE-a və PAB-nin Şamaxı rayon şöbəsinin xx xxxxxxx 2020-ci il tarixli 159 saylı rəyində X1 məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər sağ bazu nahiyyəsinin səthi sıyrıqları küt əşya təsirindən xx xxxxxxx 2020ci il tarixdə kənar şəxs tərəfindən yetirilməyə uyğun gəlir. Qeyd edilən xəsarətlər ayrı-ayrılıqda və ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi barədə xx xxxxxx 2020-ci il tarixli qərarın surətindən görünür ki, MTE-a və PAB-nin Şamaxı rayon şöbəsinin xx xxxxxxx 2020-ci il tarixli 158 saylı rəyində Şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər sağ əlin arxa səthinin sıyrıqları küt əşya təsirindən xx xxxxxxx 2020-ci il tarixdə kənar şəxs tərəfindən yetirilməyə uyğun gəlir. Qeyd edilən xəsarətlər ayrı-ayrılıqda və ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətsə də, zərərçəkmiş şəxslə barışdığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 53.0.9-cu maddəsinə görə, bu məcəllənin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda iş üzrə icraata xitam verilir. Qanunun bu tələbinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinən Şəxs zərərçəkmiş şəxslə barışdığı üçün inzibati işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39,40, 43, 53, 114,115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-221/2020
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-221/2020
11.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver