Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-222/2020 11.11.2020 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, Qobustan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1974-cü ildə Qobustan rayonunun Poladlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Poladlı kəndində yaşayan Şəxs barəsində Qobustan rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan rayon İcra və probasiya şöbəsindən Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında xx xxxxxx 2020-ci il tarixli protokolda göstərilir ki, Qobustan rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(026)-79/2019 saylı icra sənədlərinə əsasən Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Qobustan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 bildirdi ki, Qobustan rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(026)-79/2019 saylı icra sənədinə əsasən Şəxs iki uşağın saxlanılmasına görə 180 manat sabit pul məbləğində aliment tutulub X4 verilməsinə dair icra vərəqəsi üzrə onun 3060 manat borcu yaranmışdır. Borclu dəfələrlə Qobustan rayon icra və probasiya şöbəsinə çağırılmış və ondan izahatlar alınaraq aliment borcunu ödəməsi ondan tələb edilmişdir. Borcluya icra vərəqəsi üzrə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq borclu pulu olmadığını bildirmiş, borclu aliment borcundan bu günə kimi heç bir ödəniş etməmiş, alimenti ödəməkdən boyun qaçıraraq onun qanuni tələblərini yerinə yetirməmişdir. Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, Qobustan rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(026)-79/2019 saylı icra sənədinə əsasən ondan xx xxxxxx 2007-ci il tarixdə anadan olmuş X5 və xx xxxx 2015-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 90 manat olmaqla, cəmi 180 manat sabit pul məbləğində aliment tutulub X6 verilməsinə dair icra vərəqəsi üzrə onun bu günə kimi 3060 manat aliment borcu yaranmışdır. Aliment borcundan 900 manat icra məmuru vasitəsi ilə vermişdir. 500 manat isə baldızı Əntiqədən göndərmişdir və Əntiqə ona demişdir ki, 500 manat da aliment borcundan çıxılacaqdır. Əvvəllər Türkiyə Respublikasına işləməyə getmiş və orada işləyərək aliment borcunu ödəyirdi. Lakin Qobustan rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 8(026)-6/2020 saylı qərarı ilə onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıldığından işləmək üçün heç bir yerə gedə bilmədiyindən aliment borcunu ödəyə bilmir. İş tapıb işləyəndə ödəyəcəkdir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddədə nəzərdə tutulmuş inzibati qaydada tənbeh edilməlidir. İş materiallarına əlavə edilmiş Qobustan rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 8(026)-6/2020 saylı qərardadının surətindən görünür ki, Qobustan rayonunun Poladlı kənd sakini Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati həbs edilsin. Qərarın icrası Qobustan rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-222/2020
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-222/2020
11.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver