Məhkəmə qərarları › İş №3(026)-223/2024

Qobustan Rayon Məhkəməsi Qərardad — İş №3(026)-223/2024

12.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 3(026)-223/2024 12.07.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ X4 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X11 İdarəsi tərəfindən tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərarın ləğv verilməsinə dair X5 tərəfindən verilmiş şikayət ərizəsinə baxaraq müəyyən etdi: X5 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X11 İdarəsi tərəfindən tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X11 İdarəsi tərəfindən tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərardan X5 tərəfindən verilmiş şikayət ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Şikayət verən şəxs tərəfindən belə bir vəsatət verilməmişdir. Həmin Məcəllənin 132, 132.1.2-ci maddələrinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub olmamasının məsələlərini həll edir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, mübahisələndirilən qərar 11 fevral 2020-ci il tarixlidir, qərardan şikayət verməsindən ötrü isə qanunla 20 (iyirmi) gün müddət nəzərdə tutulmuşdur. X1 qərar qəbul edildikdən dörd ildən çox müddət keçdikdən sonra şikayət vermişdir. Ona görə də, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X11 İdarəsi tərəfindən tərtib olunmuş 11 fevral 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv verilməsinə dair X5 tərəfindən verilmiş şikayət ərizəsi geri qaytarılmalı və şikayət vermək müddətinin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118, və 132-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X11 İdarəsi tərəfindən tərtib olunmuş 11 fevral 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair X3 tərəfindən verilmiş şikayət ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. X2 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X11 İdarəsi tərəfindən tərtib olunmuş 11 fevral 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət vermək müddətinin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Bu Qərardaddan şikayət verilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar