Məhkəmə qərarları › İş №3(026)-224/2023

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-224/2023

08.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-224/2023 08.08.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, Qobustan rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X5 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxx 1982-ci ildə Qobustan rayonunun Poladlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Poladlı kəndində yaşayan Şəxs barəsində Qobustan rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan rayon İcra və probasiya şöbəsindən Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında 25 yanvar 2022-ci il tarixli protokolda göstərilir ki, Qobustan rayon məhkəməsinin 10 sentyabr 2009-cu il tarixli 2(026)-70/2009 saylı icra sənədlərinə əsasən Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Qobustan rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X7 bildirdi ki, Qobustan rayon məhkəməsinin 10 sentyabr 2009-cu il tarixli 2(026)-70/2009 saylı icra sənədinə əsasən 21 avqust 2009-cu il tarixdən başlayaraq 13 fevral 2008-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək Şəxs hər ay 50 manat sabit pul məbləğində aliment tutulub X1 verilməsinə dair icra vərəqəsi üzrə bu günə 3880 manat aliment borcu yaranmışdır. Borcluya icra vərəqəsi üzrə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq borclu pulu olmadığını və işləmədiyini bildirmiş, alimenti ödəməkdən boyun qaçıraraq onun qanuni tələblərini yerinə yetirməmişdir. Borclunun axtarışı haqqında 02 fevral 2012-ci il tarixdə və 12 oktyabr 2017-ci il tarixdə qərarlar çıxarılmış, Qobustan rayon məhkəməsinin 27 sentyabr 2012-ci il tarixli inzibati xəta haqqında qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 313-1.1-ci maddəsi ilə iki gün müddətində həbs edilmiş, Qobustan rayon məhkəməsi tərəfindən 08 iyun 2017-ci il tarixli borclunun məcburi gətirilməsi barədə qərar qəbul olunmuş, Qobustan rayon icra və probasiya şöbəsi tərəfindən 16 iyul 2021-ci il tarixdə borclunun axtarılması haqqında qərar qəbul olunmuşdur. Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, Qobustan rayon məhkəməsinin 10 sentyabr 2009-cu il tarixli 2(026)-70/2009 saylı icra sənədinə əsasən ondan 13 fevral 2008-ci il tarixdə anadan olmuş övladı X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 50 manat sabit pul məbləğində aliment tutulub X1 verilməsinə dair icra vərəqəsi üzrə bu günə 3880 manat aliment borcu yaranmışdır. İşləmədiyi üçün borcunu ödəyə bilmir. Bir müddət əvvəl qarın nahiyyəsindən əməliyyat olunmuş, 3-4 ay əvvəl isə tikintidə işləyərkən qolundan aldığı xəsarətdən sol əl barmaqları işləmir, yenidən əməliyyat olunmalıdır. Səhhəti yaxşılaşanadək az miqdarda ödəniş edəcəkdir. Əlzamandan başqa 3 uşağı da var və məhkəmədən nəzərə alınmasını xahiş etdi. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və yamüəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddədə nəzərdə tutulmuş inzibati qaydada tənbeh edilməlidir. İş materiallarında olan Qobustan rayon məhkəməsinin 10 sentyabr 2009-cu il tarixli 2(026)-70/2009 saylı icra sənədindən görünür ki, 13 fevral 2008-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs hər ay 50 manat sabit pul məbləğində aliment tutulub X1 verilməsi qət edilmişdir. Qobustan rayon icra və probasiya şöbəsinin borclunun axtarışı haqqında 02 fevral 2012-ci il tarixli qərarının surətindən görünür ki, Şəxs barəsində axtarış elan olunmuşdur. Qobustan rayon icra və probasiya şöbəsinin borclunun axtarışı haqqında 12 oktyabr 2017-ci il tarixli qərarının surətindən görünür ki, Şəxs barəsində axtarış elan olunmuşdur. Qobustan rayon məhkəməsinin 27 sentyabr 2012-ci il tarixli inzibati xəta haqqında qərarının surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 313-1.1-ci maddəsi ilə iki gün müddətində həbs edilmişdir. Qobustan rayon məhkəməsinin 08 iyun 2017-ci il tarixli borclunun məcburi gətirilməsi barədə qərarının surətindən görünür ki, Şəxs məhkəməyə məcburi gətirilməsi qərara alınmışdır. Qobustan rayon icra və probasiya şöbəsinin 16 iyul 2021-ci il tarixli qərarının surətindən görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. Qobustan rayon məhkəməsinin 3(026)-21/2022 saylı 25 yanvar 2022-ci il tarixli qərarından görünür ki, 10 gün müddətində inzibati həbs edilmişdir. Qobustan rayon icra və probasiya şöbəsinin 20 iyul 2023-cü il tarixli qərarının surətindən görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. Məhkəmə X4 barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, səhhətini və ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. X2 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar