Məhkəmə qərarları › İş №3(026)-226/2023

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-226/2023

14.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-226/2023 14.08.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx xxxxx 1993-cü ildə Qobustan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Təklə kəndində yaşayan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş AP ******* saylı inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan rayon polis şöbəsindən daxil olmuş 12 avqust 2023-cü il tarixli AP ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, mal-qara ötürənlər tərəfindən sutkanın qaranlıq vaxtında mal-qaranı asfalt beton örtüklü avtomobil yoluna buraxmaqla zərər çəkmiş şəxsə maddi ziyan vurmuşdur. Bununla da Şəxs və zərərçəkmiş şəxs X2 Azərbaycan Respublikası İXM-in 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Qobustan rayonunun Təklə kəndində yaşayır. Şəxsi təsərrüfatında iri buynuzlu heyvanları vardır. 11 avqust 2023-cü il tarixdə təxminən saat 20 radələrində Cəngi kəndindəki yanacaq doldurma məntəqəsində işdə olduğuna görə naxırdan qayıdan mal-qarasının qarşısına çıxan olmamışdır. Heyvanlar Acıdərə-Təklə-Sündü yolunun yolun bir tərəfindən digər tərəfinə keçərkən avtomobil yolunda hərəkətdə olan VAZ-2107 markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına çıxdığından yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisədən bir neçə dəqiqə sonra Təklə kənd sakinləri hadisə yerinə gəlmiş heyvanların ona məxsus olduqlarını bilib ona zəng vurub məlumat vermişlər. Məsuliyyətini dərk edir və bir daha heyvanlarını sahibsiz buraxmayacaq. Məhkəmə iclasında zərər çəkmiş şəxs X2 izahatında göstərdi ki, 11 avqust 2023-cü il tarixdə saat 21 radələrində dostu Razi Rəhmanovla birlikdə idarə etdiyi VAZ-2107 markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şamaxı şəhəri istiqamətində hərəkətdə olarkən Qobustan rayonu ərazisində Acıdərə-Təklə-Sündü yolunun Təklə kəndindən keçən hissəsində, kəndin çıxacağında iki baş iri buynuzlu heyvan yola çıxmışdır. Heyvanları vurmamaq üçün avtomobili yolun kənarına çəkmək istədikdə isə heyvanlardan biri avtomobilin ön hissəsinə çırpılmışdır. Həmin vaxtı heyvanlar sahibsiz olmuşdur. Hadisə yerinə gələn kənd sakinləri heyvanların kənd sakini Şəxs məxsus olduğunu demişlər. Nəticədə ona məxsus avtomaşına ziyan dəymişdir. Bu barədə Qobustan rayon polis şöbəsinə xəbər vermişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. İnzibati xəta haqqında işin aidiyyatı üzrə göndərilməsi barədə 11 avqust 2023-cü il tarixli GP 18089979 saylı qərardaddan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 338.7ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Şəxs inzibati tənbeh tətbiq edərkən onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, əməlindən peşman olmasını, ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 338.7-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinib 100 manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar