Məhkəmə qərarları › İş №3(026)-228/2020

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-228/2020

16.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-228/2020 16.11.2020 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx xxxxxxx 1972-ci ildə Ağsu rayonunun Cəlayır kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Poladlı kəndində yaşayan Şəxs barəsində Qobustan rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarına baxaraq MÜƏYYƏN ETDİ: Qobustan rayonunun Poladlı kənd sakini Şəxs xx xxxxxxx 2020-ci il tarixdə qonşusu X3 ilə mübahisə edərək onu döyüb xəsarət yetirdiyi bildirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Qobustan rayonunun Poladlı kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə həmin kənddə yaşayır. Mehman Fərəcov onun həm qonşusu, həm də əri İlhamın əmisi oğludur. Mehmanla onun arasında bir neçə ay bundan əvvəl yol ilə bağlı söz-söhbət olmuşdur. Belə ki, Mehmanın evinə 2 ay əvvələ kimi bir başa yol olmadığına görə Mehman və Mehmanın ailəsi evə getmək üçün onların həyətindən keçib gedirmişlər. Sonradan o, həyətindəki 70 ədədə yaxın nar ağacını kəsib həmin yerdən Mehmana yol vermişdir. Bu ilin mart ayında o, həyətində asdığı paltarlarının bir neçəsinin oğurlandığını bilmiş və Mehmanın oğlu Azaddan şübhələnmişdir. xx xxxxxxx 2020-ci il tarixdə saat 15 radələrində paltarları yuyub həyətdə ipdən asmış və evin pəncərəsinin yanında oturub gözləmişdir. Bu zaman o, Azadın öz həyətlərindən paltarlara tərəf baxdığını görmüşdür. Həmin gün saat 20 radələrinə kimi həyətində gizlənib gözləmişdir. O, həmin gün saat 20 radələrində Azadın öz həyətlərindən onun həyətinə girdiyini görmüşdür. Azadgilin həyəti ilə onların həyətinin arasında hasar olmadığından Azad maneəsiz həyətə daxil olmuş və əyilə-əyilə səssizcə paltar asılan ipə tərəf gətmiş, paltar ipini keçən kimi o, tez çıxıb Azadın yaxasından tutmuşdur. O, Azada “demək paltarları oğurlayan sən idin” sözlərini demişdir. Azad ona yalvararaq buraxmağını və atasına heç nə deməməyini ondan xahiş etmişdir. O, həmin vaxt evdə olan əri İlhamı çağırmış, ilham həyətə çıxanda o, İlhama paltar oğrusunu tutduğunu demişdir. Bu zaman Azad ilhama “mən heç nə etməmişəm, buraxın gedim” demişdir. Həmin vaxt onun uşaqları Gündüz və Taleh də həyətə çıxmış, ilham və uşaqları ona Azadı buraxmasını dediyi üçün o, Azadı buraxmış, lakin Azadı sillə ilə vurmuşdur. Əməlindən peşmandır. Hazırda zərərçəkmiş şəxslə barışmışdır. İşin icraatına xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X3 məhkəmə iclasındaizahat verərək göstərdi ki, Qobustan rayonunun Poladlı kəndində ailəsi ilə birlikdə yaşayır. Şəxs onun həm qonşusu, həm də qohumudur. Zülfiyyə və onun ailəsi ilə danışmırlar. xx xxxxxxx 2020-ci il tarixdə saat 20 radələrində oğlu Azad həyətlərindəki itin Zülfiyyəgilin həyətinə keçdiyini görüb iti gətirmək üçün Zülfiyyənin həyətinə daxil olmuşdur. Həmin vaxt Zülfiyyə onun yanına gələrək Azada onun həyətindən paltar oğurladığını demişdir. Azad isə Zülfiyyəyə paltarları oğurlamadığını desə də, Zülfiyyə Azadın yaxasından yapışaraq üzündən şillə ilə vurub onu döymüşdür. Şəxs ilə barışmışdır. Ondan heç bir şikayəti və tələbi yoxdur. İşin icraatına xitam verilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş cinayət işinin başlanmasının rədd edilməsi barədə xx xxxxxx 2020-ci il tarixli qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işi başlanılması rədd edilmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə qəbul edilmiş qərar icra olunması üçün Qobustan RPŞ-in İTB-yə göndərilmişdir. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi barədə xx xxxxxx 2020-ci il tarixli qərarın surətindən görünür ki, MTE-a və PAB-nin Şamaxı rayon şöbəsinin 160 saylı rəyində X2 məhkəmətibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər boyunun sol yan səthinin üç ədəd səthi sıyrıqları küt əşya təsirindən xx xxxxxxx 2020-ci il tarixdə yetirilməyə uyğun gəlir. X2 almış olduğu xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətsə də, zərərçəkmiş şəxslə barışdığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 53.0.9-cu maddəsinə görə, bu məcəllənin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda iş üzrə icraata xitam verilir. Qanunun bu tələbinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinən Şəxs zərərçəkmiş şəxslə barışdığı üçün inzibati işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39,40, 43, 53, 114,115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar