Məhkəmə qərarları › İş №3(026)-228/2023

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-228/2023

14.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-228/2023 14.08.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxx 1976-cı ildə Qobustan rayonu Nərimankənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonu Qobustan şəhərində qeydiyyatda olan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan RPŞ-dən Şəxs Azərbaycan Respublikası İXMin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında MN ******* saylı protokolda göstərilir ki, Şəxs 13 avqust 2023-cü il tarixdə Qobustan rayon polis şöbəsinin əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq ictimai qaydanı pozmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, 13 avqust 2023-cü il tarixdə saat 21 radələrində Qobustan rayon polis əməkdaşlarının onun yaşadığı küçəyə gələrək toyda dava edən Babək Həmzaliyevi pilis şöbəsinə aparmaq istədiklərinə görə onlara mane olmağa çalışmışdır. Polis əməkdaşları onu nizam-intizama dəvət etmişlər, lakin həmin vaxtı içkili olduğu üçün polislərin qanuni tələbinə tabe olmamışdır. Əməlindən peşmandır. Şahid Qobustan rayon polis şöbəsinin əməkdaşı X2 izahat verərək göstərdi ki, 13 avqust 2023-cü il tarixdə xidmətdə olduğu zaman Qobustan şəhərində toy məclisində dava-dalaş olduğu barədə daxil olmuş məlumatla əlaqədar bir neçə polis əməkdaşları ilə birlikdə hadisə yerinə getmiş və Qobustan şəhər sakini Babək Həmzaliyevin ünvansız söyüşlər söydüyünü görüb onu nizam-intizama dəvət etmişlər. Həmin vaxtı orada olan Şəxs onların xidməti fəaliyyətinə mane olaraq Babəki avtomaşına mindirməklərinə imkan verməyərək onlara qarşı nalayiq ifadələr işlətmişdir. X1 şahid X2 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və polis əməkdaşının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddələrdə nəzərdə tutulan inzibati cərimə tənbeh tədbiri görülməlidir. Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsinə əsasən bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda, eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 535-ci maddəsinin sanksiyasında daha ciddi xətaya görə sanksiya nəzərdə tutulduğu üçün Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə inzibati tənbeh olunmalıdır. İşdə olan sərxoşluq vəziyyətinin tibbi müayinəsinin 13 avqust 2023-cü il tarixli 176 saylı aktından görünür ki, Şəxs 13 avqust 2023-cü il tarixdə orta dərəcəli sərxoşluq müəyyən olunmuşdur. Elektron çıxarışdan görünür ki, Şəxs İİ qrup əlildir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 200 manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar