Məhkəmə qərarları › İş №3(026)-228/2024

Qobustan Rayon Məhkəməsi Qərardad — İş №3(026)-228/2024

23.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 3(026)-228/2024 23.07.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ X8 Elbrus oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi ilə, Qobustan rayon polis şöbəsinin əməkdaşı X2 və ərizəçi X3 iştirakı ilə X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yol Polisi X1 03 iyun 2024-cü il tarixli TP ******* saylı qərarının ləğv olunması və qanunsuz ödədiyi cərimənin geri qaytarılması barədə ərizəsinə baxaraq MÜƏYYƏN ETDİ: X5 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yol Polisi X1 03 iyun 2024-cü il tarixli TP ******* saylı qərarının ləğv olunması və qanunsuz ödədiyi cərimənin geri qaytarılması barədə Bakı şəhəri Suraxanı rayon məhkəməsinə ərizə ilə müraciət etmişdir. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 25 iyun 2024-cü il tarixli 3(010)-2997/2024 saylı qərarı ilə X5 tərəfindən verilmiş şikayət aidiyyəti üzrə baxılması üçün Qobustan rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında X5 məhkəməyə vəsatət verərək 24 may 2024-cü ildə idarə etdiyi “Mersedes” markalı, 77NC253 dövlət qeydiyyat nişanlı avtomobillə Qobustan rayonu ərazisində hərəkətdə olarkən X9 Xidmətinin əməkdaşı tərəfindən barəsində qeyri-qanuni protokol tərtib olunmuş və Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən ona 80 manat cərimə yazılmışdır. Ona təyin olunmuş cəriməni ödəmişdir. Lakin barəsində tərtib olunmuş protokol qanunsuz olduğu üçün protokolun ləğv edilməsi və ödənilmiş cərimənin geri qaytarılması tələbi ilə yaşadığı ünvan üzrə Suraxanı rayon məhkəməsinə ərizə ilə müraciət etmişdir. Suraxanı rayon məhkəməsi isə ərizəni baxılması üçün Qobustan rayon məhkəməsinə göndərilmişdir. O, "xxxx"MMC-də müddətsiz əmək müqaviləsinə əsasən mühafizəçi vəzifəsində işlədiyinə görə Qobustan rayon məhkəməsinə gedib-gəlməyin onun üçün çətin olduğunu göstərərək ərizəsinə yaşadığı ərazi üzrə Suraxanı rayon məhkəməsində baxılmasını və işin Bakı şəhəri Suraxanı rayon məhkəməsinə göndərilməsini xahiş etdi. Vəsatətə əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, X5 ünvan 2 ünvanında qeydiyyatdadır və həmin ünvanda yaşayır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 3-cü maddəsinin 1-ci bəndinə əsasən yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan Qərarından göründüyü kimi səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsi ilə müəyyən edilmiş qayda üzrə deyil, həmin Məcəllənin 110.1-ci maddəsi ilə müəyyən edilmiş qayda üzrə verilməlidir. Yəni səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilir. Azərbaycan Respublikasının İXM-nin 110.1-ci maddəsində göstərilir ki, “İnzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında iş onun yaşadığı yer üzrə baxıla bilər.” Məhkəmə hesab edir ki, X3 vəsatəti təmin olunmalı, X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yol Polisi X1 03 iyun 2024-cü il tarixli TP ******* saylı qərarının ləğv olunması və qanunsuz ödədiyi cərimənin geri qaytarılması barədə şikayəti baxılması üçün onun yaşadığı yer üzrə Bakı şəhəri Suraxanı rayon məhkəməsinə göndərilmişdir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 114, 118 və 128-ci maddəsini rəhbər tutub QƏRARA ALDİ: Vəsatət təmin olunsun. X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yol Polisi X1 03 iyun 2024-cü il tarixli TP ******* saylı qərarından verdiyi şikayət baxılması üçün onun vəsatəti əsasında qeydiyyatda olduğu və yaşadığı yer üzrə Bakı şəhəri Suraxanı rayon məhkəməsinə göndərilsin. Sədrlik edən: Rövşən Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar