Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-229/2020 16.11.2020 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, Qobustan Qobustan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 iştirakı ilə, xx xxxxxxxx 1976-cı ildə Qobustan rayonunun Mərəzə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Qobustan rayonunun Qobustan şəhərində yaşayan X5 barəsində Qobustan rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan rayon İcra və probasiya şöbəsindən X2 Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında xx xxxxxx 2020-ci il tarixli protokolda göstərilir ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(002)-3898/2018 saylı icra sənədlərinə əsasən X5 icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Qobustan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X8 bildirdi ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(002)-3898/2018 saylı icra sənədinə əsasən X1 iki uşağın saxlanılmasına görə hər ay hər uşağa 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment tutulub X3 verilməsinə dair icra vərəqəsi üzrə onun 3490 manat borcu yaranmışdır. Borcluya icra vərəqəsi üzrə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq borclu pulu olmadığını və işləmədiyini bildirmiş, aliment borcundan son bir il ərzində bu günə kimi heç bir ödəniş etməmiş, alimenti ödəməkdən boyun qaçıraraq onun qanuni tələblərini yerinə yetirməmişdir. X2 barəsində qanuni tədbir görülməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 məhkəmə iclasında izahat verərək göstərdi ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(002)-3898/2018 saylı icra sənədinə əsasən ondan hər ay hər uşağa 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment tutulub xx xxxx 2006-cı il tarixdə anadan olmuş X7 və xx xxxx 2010-cu il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Zərbəliyeva Nurxanım Şükür qızına verilməsinə dair icra vərəqəsi üzrə onun bu günə kimi 3490 manat aliment borcu yaranmışdır. İşləmədiyi üçün borcunu ödəyə bilmir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, X5 Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddədə nəzərdə tutulmuş inzibati qaydada tənbeh edilməlidir. Məhkəmə X5 barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. X2 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati həbs edilsin. Qərarın icrası Qobustan rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-229/2020
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-229/2020
16.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver