Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-229/2023 14.08.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1996-cı ildə Qobustan rayonu Nərimankənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonu Qobustan şəhərində qeydiyyatda olan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan RPŞ-dən Şəxs Azərbaycan Respublikası İXMin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında MN ******* saylı protokolda göstərilir ki, Şəxs 13 avqust 2023-cü il tarixdə Qobustan rayon polis şöbəsinin əməkdaşlarının xidmətinə mane olaraq polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, 13 avqust 2023-cü il tarixdə saat 21 radələrində bibisi oğlu Hikmətin oğlunun kiçik toy məclisində iştirak etmiş və eyni zamanda gələn qonaqlara da qulluq edirdi. Qonaqlara yemək paylayarkən əmisi oğlu Babək Həmzaliyevin yerə yıxıldığını və Mahir Cahangirovun onu vurduğunu və onlara yaxınlaşaraq Babəklə Mahiri aralayıb Babəki yaşadığı evə aparmışdır. Bir neçə dəqiqədən sonra həyətlərinə polis əməkdaşları gəlmiş və Babəki polis şöbəsinə aparmağı bildirmişlər. O, da Babəkin aparılmasına mane olmaq istəyərkən polis əməkdaşları onları nizam-intizama dəvət edərək onları polis şöbəsinə aparmışlar. Etdiyi əməldən peşmandır. Şahid Qobustan rayon polis şöbəsinin əməkdaşı X2 izahat verərək göstərdi ki, 13 avqust 2023-cü il tarixdə xidmətdə olduğu zaman Qobustan şəhərində toy məclisində dava-dalaş olduğu barədə daxil olmuş məlumatla əlaqədar hadisə yerinə getmiş və Qobustan şəhər sakini Babək Həmzaliyevin ünvansız söyüşlər söydüyünü görüb onu nizam-intizama dəvət etmişlər. Həmin zaman orada olan Şəxs onların üstünə gələrək xidməti fəaliyyətlərinə mane olaraq onların qanuni tələblərinə tabe olmamışdır. X1 şahid X2 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və polis əməkdaşının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddələrdə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 200 manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-229/2023
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-229/2023
14.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver