Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-23/2024 09.02.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, şikayətçi X5, Qobustan rayon polis şöbəsinin DYPX-in nümayəndəsi X2 və zərərçəkmiş şəxs X6 iştirakı ilə, X5 Qobustan rayon polis şöbəsinin DYPB-in inzibati xəta haqqında TP ******* saylı 20 yanvar 2024-cü il tarixli inzibati tənbehvermə haqqında qərarının ləğv edilməsi və işin icraatına xitam verilməsinə dair şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: X1 rayon polis şöbəsinin DYPB-in inzibati xəta haqqında TP ******* saylı 20 yanvar 2024cü il tarixli inzibati tənbehvermə haqqında qərarının ləğv edilməsi və işin icraatına xitam verilməsinə dair Qobustan Rayon Məhkəməsinə şikayət vermişdir. X11 izahatında göstərdi ki, 20 dekabr 2023-cü il tarixdə Qobustan şəhəri, Heydər Əliyev prospektində DŞRTİ Qobustan rayon üzrə təhsil sektorunun qarşısında Əlbalayev Rafiqə məxsus “Mercedes” markalı ** FT *** dövlət qeydiyyat nişanlı avtomobil və ona məxsus “Mitsubishi” markalı ** UC *** dövlət qeydiyyat nişanlı avtomabil, hər ikisi eyni anda arxaarxaya verərkən toqquşmuşdur. O, Rafiqə polis əməkdaşının və sığortanın çağrılmasını təklif etsə də, o heç bir şey yoxdur deyib çıxıb getmişdir. Özü isə hadisə yerini 2-3 saat sonra tərk etmişdir. Əlbalayev Rafiq hadisə yerini tərk edib getdikdən sonra usta yanına gedərək maşınını düzəltdirmək istəmişdir. Hadisə baş verən gündən bir gün sonra Rafiq Əlibalayev ona “xərcim çox çıxır mənə köməkli et”-deyərək ondan xahiş etmişdir. Rafiq Əlibalayevə cavab verərək “əgər bele bir şey etmək fikrin vardırsa vaxtında polis və sığortanın əməkdaşlarının hadisə yerinə gəlməsinə razı olduğunu” demişdir. Lakin buna baxmayaraq Rafiq Əlibalayevə 100 manat köməklik göstərmişdir. X13 Qobustan rayon polis şöbəsinə müraciət etmişdir. Polis şöbəsində şikayətə baxılaraq onun barəsində Qobustan RPŞ-nin DYPB-nin inzibati xəta haqqında 20 yanvar 2024-ci il tarixdə TP ******* nömrəli qərar qəbul edilərək Azərbaycan Respublikasdı İXM-in 327.1 və 327.6-cı maddələrinə əsasən inzibati tənbeh olunmuşdur. Araşdırma zamanı hadisə yerininn sxemi şikayətçinin fərziyələrinə əsasən tərtib edilmişdir. Heç bir araşdırma aparılmadan, qanuna əsası olmayan yuxarıda qeyd edilən qərar çıxarılmışdır. Tərəfindən heç bir inzibati xəta törədilmədiyini göstərərək Qobustan rayon polis şöbəsinin DYPB-in inzibati xəta haqqında TP ******* saylı 20 yanvar 2024-cü il tarixli inzibati tənbehvermə haqqında qərarının ləğv edilməsi və işin icraatına xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X15 izahat verərək göstərdi ki, 2023-cü ilin dekabr ayının onunda işlədiyi Qobustan rayon təhsil şöbəsinin qarşısında idarə etdiyi “Mercedes” markalı ** FT *** dövlət qeydiyyat nişanlı avtomobili arxaya verib saxlamışdır. Həmin vaxtı şöbənin digər işçisi X12 idarə etdiyi “Mitsubishi” markalı ** UC *** dövlət qeydiyyat nişanlı avtomabili idarə edərkən onun avtomaşının sağ yan hissəsinə dəyərək əzmişdir. Hadisə yerində Elxanla razılaşmışlar və polisə məlumat verməmişlər. Avtomaşının təmiri üçün Elxan Cəbisoy ona 100 manat pul vermişdir. Qobustan rayon polis şöbəsinin DYPX-in baş inspektoru polis mayoru X4 izahat verərək göstərdi ki, 08 yanvar 2024-cü il tarixində Qobustan rayon Qobustan şəhər sakini X6 Qobustan rayon PŞ-yə ünvanladığı 3-13-90/1-Ə-2xx/xx/2024 nömrəli ərizəsi 09 yanvar 2024-cü il tarixdə icraatına daxil olmuşdur. Ərizənin icrası ilə əlaqədar olaraq aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, Qobustan şəhər sakini X12 20 dekabr 2023-cü il tarixində saat təxminən 10:33 radələrində idarə etdiyi “Mitsubishi” 90UC840 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Qobustan şəhəri H.Əliyev prospektində avtomaşını arxaya vermək istəyərkən Qobustan şəhər sakini X6 idarə etdiyi “Mercedes” markalı 77FT307 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini vuraraq yol-nəqliyyat hadisəsi törətmişdir. X3 hadisə yerindən yayınmışdır. X12 Azərbaycan Respublikası “Yol hərəkəti haqqında’’ Qanunun tələblərini pozduğu üçün barəsində Azərbaycan Respublikası İXM-nin 327.1 -ci və 327.6-cı maddələrinə əsasən İXP5951419 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək inzibati cərimə növündə inzibati tənbeh tətbiqetmə haqqında qərar qəbul edilmişdir. X11 barəsində qəbul edilən inzibati qərar qanuni və əsaslı olduğundan həmin qərardan verilən şikayətin təmin olunmamasını xahiş etdi. Məhkəmə X9in, zərərçəkmiş şəxsin və DYPX-in baş inspektoru polis mayoru X2 izahatlarını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, şikayət təmin olunmamalıdır. İş materiallarında olan Qobustan rayon polis şöbəsinin DYPB-in inzibati xəta haqqında TP ******* saylı 20 yanvar 2024-cü il tarixli inzibati tənbehvermə haqqında qərarından görünür ki, X12 Azərbaycan Respublikası İXM-in 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində cərimə etmişdir. Müəyyən olundu ki, X11 20 dekabr 2023-cü il tarixdə Qobustan şəhəri, Heydər Əliyev prospektində DŞRTİ Qobustan rayon üzrə təhsil sektorunun qarşısında Əlbalayev Rafiqə məxsus “Mercedes” markalı ** FT *** dövlət qeydiyyat nişanlı avtomobil və X7 məxsus “Mitsubishi” markalı ** UC *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. X14 rayon polis şöbəsinə müraciət etmiş, polis şöbəsində şikayətə baxılaraq Qobustan RPŞ-də 20 yanvar 2024-ci il tarixdə TP ******* nömrəli qərar qəbul edilərək X11 Azərbaycan Respublikası İXM-in 327.1 və 327.6-cı maddələrinə əsasən inzibati tənbeh olunmuşdur. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Qobustan rayon polis şöbəsinin DYPX-in baş inspektoru polis mayoru X4 tərəfindən X11 barəsində tərtib edilmiş TP ******* saylı 20 yanvar 2024-cü il tarixli inzibati tənbehvermə haqqında qərar qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 128-130 və 134-cü maddələrini rəhbər tutub QƏRARA ALDİ: Qobustan rayon polis şöbəsinin DYPX-in baş inspektorunun X11 barəsində Azərbaycan Respublikası İXM-in 327.1 və 327.6-cı maddələri ilə inzibati tənbehvermə haqqında TP ******* saylı 20 yanvar 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın, qərardan verilən şikayət əsassız olduğundan təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-23/2024
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-23/2024
09.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver