Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-230/2023 14.08.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1985-ci ildə Qobustan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonu Qobustan şəhərində qeydiyyatda olan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan RPŞ-dən Şəxs Azərbaycan Respublikası İXMin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında MN ******* saylı protokolda göstərilir ki, Şəxs 13 avqust 2023-cü il tarixdə polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində gəmidə işləyir, mülki işçidir. 13 avqust 2023-cü il tarixdə işdən evə gəlmişdir. Həmin günü axşam saat 21 radələrində küçədə səs-küy gəldiyini eşidib küçəyə çıxmış və polis əməkdaşlarının əmisi oğlunu aparmaq istədiklərini görmüşdür. Həmin vaxtı xeyli polis əməkdaşlarını və yerdə şüşə sınıqlarını görərək polisin ə qolundan tutaraq Babəki buraxmasını demişdir. Lakin polis əməkdaşları Babəki buraxmayaraq ona da kənarlaşmasını bildirmişlər. O isə polisin sözlərinə əhəmiyyət verməyərək onlara mane olmağa çalışmışdır. Polis əməkdaşları onu xidməti avtomaşına mindirib Qobustan rayon polis şöbəsinə aparmışlar. Şahid Qobustan rayon polis şöbəsinin əməkdaşı X2 izahat verərək göstərdi ki, 13 avqust 2023-cü il tarixdə xidmətdə olduğu zaman Qobustan şəhərində toy məclisində dava-dalaş olduğu barədə daxil olmuş məlumatla əlaqədar bir neçə polis əməkdaşları ilə birlikdə hadisə yerinə getmiş və Qobustan şəhər sakini Babək Həmzaliyevin ünvansız söyüşlər söydüyünü görüb onu nizam-intizama dəvət etmişlər. X4rın qanuni tələblərinə tabe olmayaraq ünvanlarına nalayiq ifadələr işlətmiş və onların xidməti fəaliyyətlərinə mane olmuşdur. Onu avtomaşına mindirmək istəyərkən Vüqar İsgəndərov onlara mane olmağa çalışmışdır. Həmin şəxsi nizam-intizama dəvət edərək sakitləşdirsələr də, Babək başı ilə xidməti avtomaşının şüşəsini vuraraq sındırmışdır. X1 və X3 şahid X2 ilə eyni məzmunlu ifadə verdilər. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, polis əməkdaşının və şahidlərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddələrdə nəzərdə tutulan inzibati həbs tənbeh tədbiri görülməlidir. İşdə olan sərxoşluq vəziyyətinin tibbi müayinəsinin 13 avqust 2023-cü il tarixli 177 saylı aktından görünür ki, Şəxs 13 avqust 2023-cü il tarixdə sərxoşluq müəyyən olunmamışdır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 08 gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsetmənin əvvəli 13 avqust 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Qobustan rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-230/2023
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-230/2023
14.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver