Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-231/2023 14.08.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1998-ci ildə Qobustan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonu Qobustan şəhərində qeydiyyatda olan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan RPŞ-dən Şəxs Azərbaycan Respublikası İXMin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında MN ******* saylı protokolda göstərilir ki, Şəxs 13 avqust 2023cü il tarixdə ictimai qaydanı pozaraq Qobustan rayon polis şöbəsinin xidməti avtomaşınının pəncərəsini başı ilə qırıb polisin qanuni tələbini icra etməyərək ictimai qaydanı pozmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, 13 avqust 2023-cü il tarixdə bibisi oğlu Hikmətin oğlunun kiçik toy məclisində iştirak etmiş və eyni zamanda gələn qonaqlara da qulluq edirdi. Polis əməkdaşı olan Mahir adlı şəxsin əyləşdiyi stola yaxınlaşıb yemək paylayarkən heç bir səbəb olmadan Mahir yumruqla onun sağ gözündən vurduğuna görə o, müvazinətini itirərək yerə yıxılmışdır. Dava olmasındeyə toyda iştirak edən şəxslər onu palatkadan çölə çıxarmışlar. Həmin zaman polis əməkdaşları onu polis avtomobilinə mindirib aparmaq istədiklərinə görə orada olan adamlar polislərin bu hərəkətinə mane olmağa çalışmışlar. Lakin buna heç bir məhəl qoymayan polis əməkdaşları ona zor tətbiq edərək avtomobilə əyləşdirmək istədiklərinə görə o, da başı ilə avtomaşının şüşəsinə vurmuşdur. Polis əməkdaşları onu polis şöbəsinə aparmışlar. X2 izahat verərək göstərdi ki, 13 avqust 2023-cü il tarixdə yaşadığı Qobustan şəhərində nəvəsi üçün kiçik toy etmiş və həmin məclisə Şəxs da dəvət etmişdir. Həmin günü saat 05 radələrində Babəki həyətdə olan qızılgül kollarının yanında uzanıqlı vəziyyətdə görüb Babəkin qardaşı Bayramşahdan onu evlərinə aparmasını xahiş etmişdir. Babək aparıldıqdan sonra həyət qapısını bağlayaraq məclisini davam etdirmişdir. X1 izahat verərək göstərdi ki, 13 avqust 2023-cü il tarixdə qohumu və qonşusu olan X5 həyətində təşkil olunan kiçik toy məclisində iştirak etmişdir. Məclisdə iştirak edən Şəxs sərxoş vəziyyətdə ünvansız söyüşlər söydüyünü və onu aparmaq istəyən qohumlarının sözlərinə baxmadığını görüb polis şöbəsinə bu barədə məlumat vermişdir. Şahid Qobustan rayon polis şöbəsinin əməkdaşı X3 izahat verərək göstərdi ki, 13 avqust 2023-cü il tarixdə xidmətdə olduğu zaman Qobustan şəhərində toy məclisində dava-dalaş olduğu barədə daxil olmuş məlumatla əlaqədar hadisə yerinə getmiş və Qobustan şəhər sakini Şəxs ünvansız söyüşlər söydüyünü görüb onu nizam-intizama dəvət etmişlər. Lakin Şəxs onların qanuni tələblərinə tabe olmayaraq ünvanlarına nalayiq ifadələr işlətmiş və onların xidməti fəaliyyətlərinə mane olmuşdur. Onu avtomaşına mindirmək istəyərkən Babək başı ilə polisin xidməti avtomaşının şüşəsini sındırmışdır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, polis əməkdaşının və şahidlərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddələrdə nəzərdə tutulan inzibati həbs tənbeh tədbiri görülməlidir. Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsinə əsasən bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda, eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 535-ci maddəsinin sanksiyasında daha ciddi xətaya görə sanksiya nəzərdə tutulduğu üçün Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə inzibati tənbeh olunmalıdır. İşdə olan sərxoşluq vəziyyətinin tibbi müayinəsinin 13 avqust 2023-cü il tarixli 175 saylı aktından görünür ki, Şəxs 13 avqust 2023-cü il tarixdə yüngül dərəcəli sərxoşluq müəyyən olunmuşdur. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 535.-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsetmənin əvvəli 13 avqust 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Qobustan rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-231/2023
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-231/2023
14.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver