Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-233/2023 15.08.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb olunması barədə inzibati materiala baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan rayon prokurorluğundan Qobustan şəhər sakini Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsi barədə 08 avqust 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar daxil olmuşdur. Qobustan rayon prokurorluğundan daxil olmuş 08 avqust 2023-cü il tarixli qərarda göstərilmişdir ki, Qobustan şəhəri, Yeni Massivdə nömrəsiz fərdi evdə yaşayan X2 xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidməti-zəng mərkəzinə mobil telefonla zəng edərək Qobustan şəhəri, X7 küçəsində iş yerində Şəxs adlı şəxsin onu döyməsi barədə məlumat vermişdir. Həmin tarixdə X2 Rayon Polis Şöbəsinə müraciət edərək xx.xx.2023-cü il tarixdə Qobustan şəhərində xidməti vəzifəsini yerinə yetirərkən Şəxs onu döydüyünü bildirmiş və həmin şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Nəbi İlyasovun müraciətləri ərasında RPŞ-nin TQ-nin baş təhqiqatçısı Elşən Eyvazov tərəfindən araşdırma aparılmış, xx.xx.2023-cü il tarixdə material aidiyyəti üzrə rayon prokurorluğuna göndərilmiş və araşdırmanın aparılması rayon prokurorluğunun müstəntiqi Göhər Əmiyevaya həvalə edilmişdir. Zərərçəkmiş şəxs X2 izahat verərək göstərdi ki, 2012-ci ildən 2021-ci ilə qədər Qobustan rayon Telekommunikasiya Qovşağında böyük el-mexanik sahə rəisi vəzifəsində işləmiş, təxminən 2021-ci ilin sonu-2022-ci ilin əvvəllərində struktur dəyişikliyi baş vermiş və həmin vaxtdan etibarən o, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin X4 filialının Qobustan şöbəsində xətt qurğularının istismarı sektorunun mühəndisi işləyir. Şəxs Qobustan şəhər sakini kimi tanıyır, onunla arasında heç bir ədavət və düşmənçilik yoxdur. Elşadla münasibətləri normal olmuşdur. Təxminən 2022-ci ilin yanvar-fevral aylarından etibarən mis kabellərin optik kabellərlə ilə əvəz edilməsi prosesinə başlanılmışdır. Buna görə də, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin X4 filialı tərəfindən təsdiq edilmiş layihə əsasında Qobustan şəhəri ərazisində də rabitə dirəklərinin basdırılmasını həyata keçirmişlər. 30 may 2023-cü il tarixdə təxminən saat 10 radələrində rəhbərliyin göstərişinə əsasən bir qrup fəhlə ilə Qobustan şəhəri, X7 küçəsi ilə Şikar Şikarov küçəsinin kəsişməsində Şəxs evinin arxa tərəfində küçədə dirək basdırmaq üçün gəlmişlər. O, X3 və Üzbaşıyev Elnur Yusif oğluna dirək bastırılması üçün qazılmalı yeri göstərmiş, özü isə Qobustan şəhərində süd zavodu adlanan yerdə işləyən fəhlələrə göstəriş vermək üçün getmişdir. Təxminən 10-15 dəqiqə sonra Elnur ona zəng edərək qonşunun su xəttini zədələdiklərini demişdir. O isə Elnura gedib ev sahibinə bu barədə xəbər vermələrini və ev sahibindən su xəttini bağlamalarını xahiş etmələrini bildirmişdir. Həmçinin, özünün su xəttini təmir etmək üçün usta və lazımi əşyaları alıb gələcəyini demişdir. Elnur və Cavid rabitə dirəyi basdırmaq üçün yer qazan zaman bilmədən Şəxs təxminən 30-40 sm dərinlikdəki diametri 20 mm olan su xətti borusunu zədələmişlər. Elnurla telefon danışıqlarından təxminən 10 dəqiqə sonra xatırlamadığı və əvvəlcədən bilmədiyi bir nömrədən onun mobil telefonuna zəng gəlmişdir. Həmin şəxs zəng edəndə adını deməsə də, səsindən Şəxs olduğunu başa düşmüşdür. Elşad ondan su xəttini niyə zədələdiklərini soruşmuş və onu nalayiq söyüşlərlə söyərək ona hədə-qorxu gəlməyə başlamışdır. Elşad ona “gör sənin başına nə oyun açacam” demişdir. O isə Elşada “qanacağın olsun, ayıbdı” demişdir. Daha sonra o, zəngi sonlandırmışdır. Elşad ona bir neçə dəfə zəng etmiş, ancaq Elşadın zənglərinə cavab verməmişdir. Daha sonra Elşadın qardaşı Elşən ona zəng edib “su qırılıb, niyə düzəlmir” demiş, o isə Elşənə “mən onu düzəltmək üçün mağazaya lazımi əşyaları, avadanlıqları almağa gəlmişəm, indi aparıram əşyaları, xətti düzəldəcəyik” demişdir. O, həmin gün saat təxminən 12:45 radələrində Şəxs evinin arxa tərəfinə qırılmış su xəttini təmir etmək üçün istifadə edəcəkləri avadanlıqları da alıb gəlmişdir. Cavidlə Elnurun olduğu yerə gəldikdən sonra Elşad nalayiq söyüşlər söyə-söyə evinin həyəti tərəfdən qırılmış su xətti olan yerə gəlmişdir. Elşad ona “su xəttimi qırıb qaçıb getmisən” demişdir. Elnur və Cavid adlı fəhlələr Elşadı sakitləşdirməyə çalışmış, eyni zamanda Elşad ona qarşı nalayiq söyüşlər söyməyə davam etmişdir. Elşad onu vurmaq üçün bir-neçə dəfə lom və lapatka götürmək istəmiş, lakin fəhlələr imkan verməmişdir. Bundan sonra Elşad sakitləşərək qıraqda dayanmışdır. Lakin birdən Elşad onun üzərinə gələrək bir dəfə yumruqla sifət nahiyyəsindən vurmuş və həmin vaxt o, müvazinətini itirib yerə yıxılmış, yerə yıxıldıqdan sonra huşunu bir anlığa itirmiş və təxminən 3-4 dəqiqəyə özünə gəlmiş, Elnur və Cavid adlı fəhlələr isə Elşadı sakitləşdirməyə çalışmışlar. O, yerdən qalxmadan da Elşadın nalayiq söyüşlərlə onu söydüyünü, Elnur və Cavid adlı fəhlələrin onu sakitləşdirməyə çalışdıqlarını görmüşdür. Elşad sakitləşməmiş və üstünə gəlib yenidən onu vurmaq istəmişdir. Ancaq Elnur və Cavid ona imkan verməmiş, Elnur onu yerdən qaldırmışdır. Onların səsinə Elşadın anası olduğunu bildiyi, ancaq adını xatırlamadığı qadın gəlmişdir. Anası Elşadı sakitləşdirərək “ayıbdır, ayıbdır” demiş və Elşadı özü ilə birlikdə evlərinə tərəf aparmışdır. Həmin vaxt hadisə yerində Səftər adlı iş icraçısı olmuş, lakin onun təkidinə baxmayaraq prokurorluqda onun izahatını almamışlar. Eləcə də öz əli ilə prokurorluğun müstəntiqinə təqdim etdiyi sənədlərdən bəziləri işə əlavə olunmamışdır. O, xəstəxanaya getmiş, təzyiqi 220 olmuşdur. Kimlərinsə təkidi ilə gecə saat 12-də onu xəstəxanadan çıxarmışlar. Elşadın onu vurduğu gündən xeyli müddət keçməsinə baxmayaraq Elşad ondan üzr istəməmiş, üzrxahlıq etməmiş və peşman olduğunu bildirməmişdir. Elşada görə onun evinə bir dəfə gəlmiş 2-3 nəfər şəxs üzürxahlıq etməkdənsə ”Elşada nə edə bilərsən” demişlər. Zərərçəkmiş şəxs X2 həmçinin göstərdi ki, hadisə olan yerə o, adi vətəndaş kimi getməmişdir. Rəhbərliyin göstərişi ilə əlaqədar xidməti vəzifələrini icra etmək üçün, işləyən fəhlələrə lazımı göstərişlər verməkdən ötrü getmişdir. Şəxsla barışmır, prokurorluq tərəfindən araşdırma tam və düzgün aparılmayıb. Bununla əlaqədar Baş Prokurorluğu bir neçə teleqram vurmuşdur. Vurduğu teleqramın cavabında onunla əlaqədar olan işin Baş Prokurorluq tərəfindən nəzarətə götürüldüyü bildirilmişdir. Ona görə də məhkəmədən materialların tam araşdırılması üçün Qobustan rayon prokurorluğuna qaytarılmasın xahiş etdi. Məhkəmə iclasında Şəxs izahat verərək göstərdi ki, 30 may 2023-cü il tarixdə evdən ona zəng edərək evin arxa hissəsində, küçədə dirək üçün yer qazan fəhlələrin onların evinə gedən su xəttini qırdıqlarını bildirmişlər. Ona görə də ora gəlib fəhlələrdən Qobustan şəhər sakini kimi tanıdığı, heç bir ədavəti olmayan İlyasov Nəbinin mobil telefonunu öyrənərək ona zəng etmiş, lakin Nəbini söyməmiş və heç bir hədə-qorxu gəlməmişdir. Təxminən saat 12:45-13:00 radələrində Nəbinin su xəttini qırıldığı yerə gəldiyini görüb onun yanına gəlmişdir. Su xəttinin qırıldığına görə aralarında mübahisə yaranmışdır. Nəbi ona bir sillə vurmuş, o da Nəbinin sifətinə bir yumruq vurmuş, Nəbi yerə yıxılmışdır. Səsə gələn anası onu həyətə aparmışdır. Hadisə vaxtı orada iki nəfər olmuşdir. Biri adını bilmədiyi prorab, biri isə fəhlə olmuşdur. İkinci fəhlə isə ora sonradan gəlmişdir. Əməlindən peşmandır, səhv etmişdir, Nəbidən üzr istəməyə hazırdır. Materiala əlavə edilmiş Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin X4 filialının Qobustan şöbəsinin 31 may 2023-cü il tarixli, 07/137 nömrəli məktubuna əlavə edilmiş aktın surətindən görünür ki, Qobustan şəhəri, X7 küçəsi ilə Şikar Şikarov küçəsinin kəsişməsində rabitə dirəklərinin basdırılması zamanı ehtiyatsızlıqdan təxminən 30-40 sm dərinlikdə olan 20 mm-lik su borusu zədələnmişdir. Zədəni aradan qaldırmaq məqsədilə mühəndis Nəbi İlyasov lazımi avadanlıq almağa getmiş, həmin vaxt ev sahibi qazıntı aparılan yerə gəlmiş, söyüş söyərək Nəbi İlyasovun telefon nömrəsini istəmiş, Cavid Rəcəbov adlı işçi ona telefon nömrəsini vermişdir. Şəxs Nəbi İlyasova telefonda nalayiq söyüşlər söymüşdür. Nəbi İlyasov avadanlıqlar alıb həmin yerə gəlmiş və Elşada onu niyə söydüyünü soruşmuşdur. Şəxs yenidən Nəbi İlyasova nalayiq söyüşlər söyərək onun üzərinə tərəf gedərək gözlənilmədən onun sifət nahiyyəsindən yumruqla zərbə vurmuşdur. Nəbi İlyasov huşunu itirərək yerə yıxılmış və müxtəlif dərəcəli xəsarətlər almış, daha sonra xəstəxanaya getmişdir. Materiala əlavə edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 67 nömrəli rəyindən görünür ki, X1 almış olduğu xəsarətlər-sifətin sağ yarısında qançır, kürək nahiyyəsinin səthi yarası küt əşya təsirindən törənməklə, qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə kənar şəxs tərəfindən yetirilməsi mümkündür. Nəbi İlyasovun almış olduğu xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. Materiala əlavə edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 68 nömrəli rəyindən görünür ki, Şəxs məhkəmə tibbi müayinəsi zamanı bədənində xəsarət izi aşkar olunmamışdır. Materiala əlavə edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin X4 filialının Qobustan şöbəsinin 08 iyun 2023-cü il tarixli, 04/142 nömrəli məktubundan görünür ki, X2 DŞRF-nin Qobustan şöbəsinin xətt qurğuları sektorunda mühəndis vəzifəsində işləyir. Hadisə baş verən gün o, həmin ünvanda aparılan GPON tikintisində texniki nəzarəti həyata keçirmişdir. Nəbi İlyasova qazıntı zamanı zədələnmiş su xəttinin bərpası üçün lazımi vasitələri təmin etmək və su idarəsini əraziyə dəvət etmək tapşırılmışdır. Hadisə də bu zaman ev sahibi Şəxs müdaxiləsi ilə baş vermişdir. Eskiz layihə "xxxx" MMC və yerli icra hakimiyyəti tərəfindən razılaşdırılmış və təsdiq edilmişdir. Məhkəmə iclası zamanı müəyyən edildi ki, Şəxs əməli üzrə araşdırma tam aparılmamış, hadisə vaxtı orada olan şəxslərin dairəsi tam araşdırılaraq dindirilməmiş, X1 xidməti səlahiyyətlərinə görə vəzifəli şəxs olub-olmaması müəyyənləşdirilməmiş, hadisənin küçədə, yəni ictimai yerdə törədilməsinə düzgün hüquqi qiymət verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.3-cü maddəsinə görə inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, əməldə cinayət əlaməti olduğuna görə düzgün hüquqi qiymət verilməsi üçün iş üzrə material Qobustan rayon prokurorluğuna qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməklə əməldə cinayət əlamətləri olduğuna görə inzibati material Qobustan rayon prokurorluğuna qaytarılsın. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-233/2023
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-233/2023
15.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver