Məhkəmə qərarları › İş №3(026)-234/2024

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-234/2024

25.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-234/2024 25.07.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ X12 Elbrus oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, Protokolu tərtib edən Qobustan rayon üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi fərdi fəaliyyət göstərən vəkil X1 iştirakları ilə, xx xxxxxx 1985-ci ildə Şamaxı rayonunun Nərimankənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə məşğul olan, Qobustan rayonu Qobustan şəhərində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Qobustan rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qobustan rayon Məhkəməsinə Şəxs barəsində 25 iyul 2024-cü il tarixdə tərtib edilmiş inzibati xəta haqqında protokol daxil olmuşdur. Protokolda göstərilmişdir ki, Baxışov X4 rayon məhkəməsinin 2(026)-38/2020 saylı 28 fevral 2020-ci il tarixli qətnaməsi ilə 22 oktyabr 2013-cü ildə anadan olmuş X10, 23 aprel 2016-cı ildə anadan olmuş X8 və 23 aprel 2016-cı ildə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs hər ay hər uşağa görə 110 manat sabit pul məbləğində aliment alınıb X2 verməli olsa da, borclu üzürsüz səbəbdən icra sənədini icra etməmiş və nəticədə 4756 (dörd min yetdi yüz əlli altı) manat aliment borcu yaranmışdır. Protokolu tərtib etmiş Qobustan rayon icra və probasiya şöbəsinin icra məmuru X7 məhkəmə iclasında izahat verərək bidirdi ki, Qobustan rayon məhkəməsinin 2(026)- 38/2020 saylı 28 fevral 2020-ci il tarixli qətnaməsi ilə 22 oktyabr 2013-cü ildə anadan olmuş X10, 23 aprel 2016-cı ildə anadan olmuş X8 və 23 aprel 2016-cı ildə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs hər ay hər uşağa görə 110 manat sabit pul məbləğində aliment alınıb X2 verilməsi qət edilmişdir. İcra sənədi icra olunması üçün Qobustan rayon icra və probasiya şöbəsinə daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul olunaraq tərəflərə və məhkəməyə göndərilmişdir. Borclu dəvət olunaraq qərarla və bildirişlə tanış olunmuşdur. Məhkəmə qətnaməsi ilə müəyyən olunmuş aliment məbləğindən ödəniş etsə də, hazırda 4756 manat aliment borcu yaranmışdır. Tələbkar ərizə ilə İcra Şöbəsinə müraciət edərək borclu tərəfindən aliment məbləğinin ödənilmədiyini bildirmişdir. Borcluya aliment məbləğinin ödənilməsi bildirilsə də, o, aylıq məvacibinin az olduğunu əsas gətirərək aliment tam ödəməyə imkanı olmadığını demişdir. Ona görə də, borclu barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün Qobustan rayon Məhkəməsinə müraciət olunmuşdur. Protokolu müdafiə etdiyini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilərək göstərdi ki, Qobustan rayon məhkəməsinin 2(026)- 38/2020 saylı 28 fevral 2020-ci il tarixli qətnaməsi ilə ondan 22 oktyabr 2013-cü ildə anadan olmuş X10, 23 aprel 2016-cı ildə anadan olmuş X8 və 23 aprel 2016-cı ildə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 110 manat sabit pul məbləğində aliment alınıb X2 verilməsi qət edilmişdir. Qətnamə ilə təyin olunmuş alimenti hər ay ödəyir. Lakin maddi imkanı zəif olduğu üçün aliment məbləğini tam ödəyə bilmir. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs bu vaxta qədər ödənişi gecikdirmiş və tam ödəniş etməmişdir. Buna görə də, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs aliment borcunu tam ödəməməsi məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin qərəzli olaraq icra edilməməsi kimi qiymətləndirilir. Onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat pul dövlət büdcəsindən tutularaq Şəxs məhkəmə iclası zamanı hüquqlarını müdafiə edən vəkil X1 hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 130-cu maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs olunsun. Həbs olunmanın əvvəli 25 iyul 2024-cü il, saat 16:25-dən hesablansın. Qərarın icrası Qobustan rayon Polis Şöbəsinə həvalə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilən Şəxs Vəkil Bürosunun vəkili X1 göstərdiyi 05 (beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq vəkil X1 hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar