Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-236/2021 30.09.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, 02 avqust 1950-ci ildə Şamaxı rayonunda anadan olmuş, Bakı şəhəri Pirallahı rayonu, K. Rzayev küçəsi ev 14, mənzil 66-da yaşayan Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinin Yol-Patrul Xidməti Alayından daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinin Yol-Patrul Xidməti Alayından Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə rayon məhkəməsinə protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs idarə etdiyi “Mersedes E 230” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobillə 30 sentyabr 2021-ci il tarixdə saat 10:33-də Bakı-Şamaxı-Yevlax yolunun 83-cü km-də, eyni istiqamətdə hərəkətdə olan VAZ-2107 markalı avtomobili yoldan ötüb keçərkən avtomaşının sol təkərləri orta beton hasara sürtünmüş və VAZ-2107 markalı avtomaşının arxa sol qapısına dəymişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini etiraf edərək bildirdi ki, idarə etdiyi “Mersedes E 230” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobillə 30 sentyabr 2021-ci il tarixdə Bakı şəhərindən Şamaxı rayonuna gedərkən Qobustan rayonu ərazisində ondan qarşıda onunla eyni istiqamətdə hərəkətdə olan VAZ-2107 markalı avtomobili yoldan ötüb keçərkən avtomaşının sol təkərləri orta beton hasara sürtünərək VAZ-2107 markalı avtomaşının arxa sol qapısına dəymişdir. Həmin vaxtı idarə etdiyi avtomobili təxminən 90-100 km/saat sürətlə hərəkət etdirmişdir. Əməlindən peşmandır. İş materiallarında Daxili İşlər Nazirliyinin Bİ və Tİ YNHDİ üzrə istintaq və təhqiqat şöbəsinin 29 sentyabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya X2 08 sentyabr 2021-ci il tarixli 158 saylı ekspert rəyində göstərilmişdir ki, X4 məhkəmə tibbi və kliniki müayinəsi zamanı bədəni üzərində aşkar olmuş xəsarətlər- döş qəfəsin sol İX qabrğanın yerdəyişməyən sınığı, döş qəfəs nahiyyəsinin dərialtı hematoması, sol saidin sıyrığı bərk küt əşyanın təsirindən törənməklə, qərarda göstərilən tarixdə və şəraitdə, yəni 08 sentyabr 2021-ci il tarixdə salonunda olduğu avtomaşının digər avtomaşınla toqquşması nəticəsində əmələ gəlmişdir. Dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya X2 08 sentyabr 2021-ci il tarixli 159 saylı ekspert rəyində göstərilmişdir ki, X1 məhkəmə tibbi və kliniki müayinəsi zamanı bədəni üzərində aşkar olmuş xəsarətlər- sol dirsək oynağı nahiyyəsinin hərəkət məhdudluğu ilə müşahidə edilən dərialtı hematoması, sağ dirsək oynağı, sol və sağ baldır nahiyyələrinin sıyrığı, sağ qulaq seyvanı nahiyyəsinin qançırı bərk küt əşyanın təsirindən törənməklə, qərarda göstərilən tarixdə və şəraitdə, yəni 08 sentyabr 2021-ci il tarixdə salonunda olduğu avtomaşının digər avtomaşınla toqquşması nəticəsində əmələ gəlmişdir. Dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji AnatomiyaX2 08 sentyabr 2021-ci il tarixli 160 saylı ekspert rəyində göstərilmişdir ki, X3 məhkəmə tibbi və kliniki müayinəsi zamanı bədəni üzərində aşkar olmuş xəsarətlərburun sümüklərinin yerdəyişməyən sınıqları, burun nahiyyəsinin sıyrığı, burun c və sol baldır nahiyyələrinin qançırı bərk küt əşyanın təsirindən törənməklə, qərarda göstərilən tarixdə və şəraitdə, yəni 08 sentyabr 2021-ci il tarixdə salonunda olduğu avtomaşının digər avtomaşınla toqquşması nəticəsində əmələ gəlmişdir. Dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 sentyabr 2021-ci il tarixli 8/2263 saylı ekspert rəyinin surətindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən Mercedes Benz E230 markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilinin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ-21074 markalı ** KH *** dövlət qeydiyyat nişanlı avtomoblin sürücüsü X5 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40,43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib 200 manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-236/2021
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-236/2021
30.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver