Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-236/2024 31.07.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ X7 Elbrus oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, Protokolu tərtib edən Qobustan rayon Polis Şöbəsinin İTB-in rəisi, polis kapitanı X1, Zərərçəkmiş şəxs – X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs iştirakları ilə, xx xxxxxx 1984-cü ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində 31 iyul 2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs 06 iyun 2024-cü il tarixdə saat 19 radələrində Qobustan rayonu Qobustan şəhərində evlərində olarkən bacısı Fərqana ilə aralarında mübahisə yaranmış və əlində olan televizor pultunu Fərqanəyə ataraq onun sifət nahiyyəsinə xəsarət yetirmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qobustan rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Qobustan rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.4-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilərək bildirdi ki, Fərqanə Mayılova onun bacısıdır. Münasibətləri normal olmuşdur. Fərqanə hazırda ərindən ayrılmış və Qobustan şəhərində yerləşən ata evinə gəlmişdir. xx.xx.2024-cü il tarixdə saat 19 radələrində o, Qobustan şəhərində yerləşən evlərində olarkən bacısı Fərqanə ilə aralarında mübahisə yaranmışdır. O da əsəbiləşərək televizor pultunu onun sifət nahiyyəsinə atmışdır. Hal-hazırda zərərçəkmiş şəxs X4 ilə barışmışdır. Ona görə də, barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahatında bildirdi ki, Şəxs qardaşıdır. O, hazırda evli olsa da əri ilə dalaşdığı üçün Qobustan şəhərində yerləşən ata evində yaşamağa gəlmişdir. Bu səbəbdən qardaşı Niyaməddinlə aralarında tez-tez mübahisələr baş verir. 16 iyun 2024-cü il tarixdə o, Qobustan şəhərində yerləşən fərdi yaşayış evində olarkən qardaşı Niyaməddin aralarında keçmişdə olan ailə mübahisələrini və hazırda ata evində yaşamasını əsas gətirərək onunla mübahisə etməyə başlamış, o isə qardaşına onun işlərinə qarışmamalı olduğunu bildirmişdir. Niyaməddin isə əlində olan televiroz pultunu onun üzərinə atmış, pult da onun sifət nahiyyəsinə dəymişdir. O da dərhal bu barədə polis əməkdaşlarına məlumat vermişdir. Hal-hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmışdır. Ona görə də, onun barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs X4 məhkəməyə ərizə təqdim edərək, Şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını və onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. İş materiallarında olan Qobustan rayon polis şöbəsinin 27 iyun 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X3 almış olduğu xəsarətlərin dərəcəsinin müəyyən edilməsi məqsədilə məhkəmə tibbi ekspertizası təyin edilməsi barədə qərar qəbul edilsə də, Fərqanə Mailova ekspertizadan keçməkdən qəti olaraq imtina etmişdir. İş materiallarında olan Qobustan rayon polis şöbəsinin 27 iyun 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X3 müraciəti əsasında toplanmış materialda Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157 (döymə) maddəsinə uyğun olaraq tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Qobustan rayon Polis Şöbəsinin İTB-nə göndərilmişdir. Məhkəmə inzibati xətaya dair materialları, tərəflərin izahatları ilə birlikdə araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bu iş materialları ilə tam təsdiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə-üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 53.1.9-cu maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs zərərçəkmiş şəxslə barışmışdır və onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.9, 114, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.9-cu maddəsinə əsasən xitam verilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(026)-236/2024
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-236/2024
31.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver