Məhkəmə qərarları › İş №3(026)-237/2021

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-237/2021

04.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-237/2021 04.10.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1970-ci ildə Şəki rayonunda anadan olmuş, Şəki rayonunda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin Yol-Patrul Xidməti Alayından daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin Yol-Patrul Xidməti Alayından Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə rayon məhkəməsinə protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs idarə etdiyi “Mersedes Benz E 200 CDİ” minik markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobillə 22 sentyabr 2021ci il tarixdə saat 10:50-də Bakı-Şamaxı yolunun 85.8-ci km-də, Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini etiraf edərək bildirdi ki, saatda təxminən 90-100 km surətlə hərəkətdə olarkən qarşıda eyni istiqamətdə hərəkətdə olan X5 idarə Ford 8530 markalı ** CS *** qoşqusu ** ZA *** qeydiyyat nişanlı avtomobillə ara məsafəsi saxlamamış, qarşıda hərəkətdə olan avtomaşının arxa hissinə dəymiş, nəticədə onun avtomaşında olan sərnişinlər yüngül xəsarətlər almışlar. Hadisə qəflətən ani baş vermişdir. Əməlindən peşmandır. İki sərnişin yüngül xəsarət alıb, özü xəsarət almayıb. Məhkəmədən ona yüngül tənbeh tətbiq edilməsini xahiş edir. İş materiallarında Daxili İşlər Nazirliyinin Bİ və Tİ YNHDİ üzrə istintaq və təhqiqat şöbəsinin 02 oktyabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya X3 22 sentyabr 2021-ci il tarixli 171 saylı ekspert rəyində göstərilmişdir ki, 1973-cü il təvəllüdlü X4 məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarət-başın alın nahiyəsinin əzilmiş-cırılmış yarası bərk küt əşya(alət) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə 22.09.2021-ci il tarixdə salonunda olduğu avtomaşının digər avtomaşınla toqquşması nəticəsində əmələ gəlməsi istisna olunmur; dərəcələrinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya X3 22 sentyabr 2021-ci il tarixli 172 saylı ekspert rəyində göstərilmişdir ki, 1981-ci il təvəllüdlü X2 məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər- sağ qaş üstü nahiyəsinin əzilmiş-cırılmış yarası; üst dodağın sıyrığı bərk küt əşya(əşyalar) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə 22.09.2021-ci il tarixdə salonunda olduğu avtomaşınının digər avtomaşınla toqquşması nəticəsində əmələ gəlməsi istisna olunmur; dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. YNHDİ üzrə istintaq və təhqiqat şöbəsinin 02 oktyabr 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarından görünür ki, məhkəmə-tibb ekspertizasının verdiyi 29 sentyabr 2021-ci il tarixli 173 saylı rəyə əsasən X1 məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40,43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib 200 manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar