Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-239/2020 01.12.2020 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx xxx 1995-ci ildə Qobustan rayonunun Bəklə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Bəklə kəndində yaşayan Şəxs barəsində Qobustan rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarına baxaraq MÜƏYYƏN ETDİ: Qobustan rayonunun Bəklə kənd sakini Şəxs xx xxxxxx 2020-ci il tarixdə X2 ilə mübahisə edərək Ceyran İmamalıyevanı döydüyü bildirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Qobustan rayonunun Bəklə kəndində qeydiyyatda olmaqla xalası Ceyran İmamalıyeva və atası Ağaveys Həbibovla birlikdə həmin kənddə yerləşən fərdi yaşayış evində yaşayır. Təxminən 2 yaşı olanda anası Gülbahar vəfat etdiyindən həmin vaxtdan atası Ağaveys xalası Ceyran İmamalıyeva ilə evlənmişdir. Ona görə də, uşaq vaxtından ona xalası Ceyran baxmışdır. Ceyran heç bir əsaslı səbəb olmadan yersiz deyindiyindən aralarında dəfələrlə mübahisə yaranmışdır. xx xxxxxx 2020-ci il tarixdə, saat 15 radələrində evdə olarkən xalası Ceyranın dodaqlarının altında sakitcə ona qarğış etdiyini eşitdiyi üçün aralarında mübahisə yaranmışdır. Həmin vaxt əsəbləşdiyindən sillə ilə Ceyranın sol çiyninə və başına bir dəfə vurmuşdur. Əməlindən peşmandır. Hazırda zərərçəkmiş şəxs X2 ilə barışmışdır. İşin icraatına xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X2 izahatında göstərdi ki, Qobustan rayonu Bəklə kəndində qeydiyyatda olmaqla yaşayır. 30 ilə yaxındır ki, Ağaveyslə evlidir. Ağaveyisin oğlu Balayar da onlarla birlikdə yaşayır. Balayarla arasında yaşadıqları evdə dəfələrlə mübahisə yaranmışdır. Buna səbəb isə Ağaveysin Balayara istədiyi qızı almağa razılıq verməməsi olmuşdur. Balayar isə Ağaveysi onun öyrətdiyini fikirləşərək dəfələrlə mübahisə yaratmışdır. xx xxxxxx 2020-ci il tarixdə, saat 15 radələrində yaşadıqları evdə Balayarla yenidən mübahisələri yaranmış, mübahisə vaxtı Balayar yumruqla bir dəfə onun baş və sol çiyin nahiyəsinə vurmuşdur. Ona görə də, 102 xidmətinə bu barədə məlumat vermişdir. Şəxs ilə barışmışdır. Ondan heç bir şikayəti və tələbi yoxdur. İşin icraatına xitam verilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş cinayət işinin başlanmasının rədd edilməsi barədə xx xxxxxx 2020-ci il tarixli qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işi başlanılması rədd edilmişdir. Qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Qobustan rayon prokurorluğuna göndərilmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat aparılması məsələsinə baxılması üçün maretial Qobustan rayon prokurorluğuna göndərilmişdir. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi barədə xx xxxxxx 2020-ci il tarixli qərarın surətindən görünür ki, Şamaxı rayon MTE və PA Birliyinin 165 saylı rəyindən X1 məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində xəsarət aşkar edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətsə də, zərərçəkmiş şəxslə barışdığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 53.0.9-cu maddəsinə görə, bu məcəllənin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda iş üzrə icraata xitam verilir. Qanunun bu tələbinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinən Şəxs zərərçəkmiş şəxslə barışdığı üçün inzibati işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39,40, 43, 53, 114,115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-239/2020
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-239/2020
01.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver