Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-239/2021 05.10.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsoğlu oğlunun və zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx xxxx 1983-cü ildə Qobustan rayonunun Nabur kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Nabur kəndində yaşayan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq MÜƏYYƏN ETDİ: Qobustan rayon polis şöbəsindən daxil olmuş protokolda Şəxs 22 avqust 2021-ci il tarixdə yaşadığı Qobustan rayonunun Nabur kəndində həmkəndlisi X2 bədənin arxa hissəsindən təpiklə vurduğu göstərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Abduləliyev Namiq, Abduləliyev Camil, Abduləliyev Camal və Abduləliyev Şahin həmkəndliləridir. Onlarla münasibətləri daima normal olmuşdur. 21.08.2021-ci il tarixdə saat 15 radələrində o, Qobustan rayon Nabur kəndində yerləşən kafedə ünvansız şəkildə heç kimə aid etmədən söyüş söymüş və Namiq Abduləliyev ona yaxınlaşaraq onu niyə söydüyünü soruşmuşdur. O, isə Namiqə qarşı heç bir söyüş söymədiyini bildirmişdir. Namiq onun sözlərinə baxmayaraq onu söyüb təhqir etməyə başlamışdır. Bir neçə saat keçməsinə baxmayaraq Namiq onun ünvanına söydüyü söyüşlərə görə ondan üzr istəmədiyinə görə həmin gün saat 17 radələrində Namiqlə görüşmüş və Namiqin ona söydüyü söyüşləri Namiqə geri söyərək Namiqin arxa tərəfinə təpiklə bir dəfə zərbə vurmuşdur. Daha sonra isə Namiqin yanından uzaqlaşmışdır. Bu hadisədən bir neçə saat sonra isə Namiq, Camil, Cavid və Şahin adlı şəxslər onun yaşadığı evdə olmadığı vaxt onun evinə gəlib onu axtarmışdır. Həmin vaxt o, evdə olmamış, lakin həyat yoldaşı Şəfəq evdə olmuş və bütün olanları görmüşdür. Onun yaşadığı evə gələrkən Namiq onun ünvanına nalayiq ifadələr işlətmişdir. Həmin vaxt Şahinin əlində bıçaq olmuşdur lakin o, həmin bıçağı görməmişdir. Cavid və Camil isə onu çağırmışdır. Həmin vaxt evdə olmadığına görə həmin şəxsləri görə bilməmişdir. Daha, sonra isə həmin şəxslər çıxıb getmişdir. O, evə gəldikdən sonra dərhal hadisə barədə polis əməkdaşlarına məlumat vermişdir. Zərərçəkmiş şəxs X3 izahatında göstərdi ki, Şəxs həmkəndlisidir. Münasibətləri daima normal olmuşdur. 22 avqust 2021-ci il tarixdə saat 17 radələrində o, Qobustan rayon Nabur kəndində yerləşən kafedə çay içərkən Şəxs həmin kafeyə daxil olmuş və onunla salamlaşdıqdan sonra kafedə ünvansız söyüşlər söyməyə başlamışdır. O, Sərdar adlı şəxsdən həmin söyüşləri kimin ünvanına söydüyünü soruşmuş, Sərdar isə ona cavabında həmin söyüşün heç kimə aid olmadığını bildirmişdir. O, isə əgər həmin söyüşü ona söymüşdürsə həmin söyüşləri onunda Sərdar adlı şəxsə ünvanladığını bildirmiş və kafedən çıxmışdır. Daha sonra isə Sərdar onu çağırmış və Qobustan rayon Nabur kənd orta məktəbinin ətrafına apararaq və onun üzündən yumruqla, bədəninin müxtəlif yerlərindən təpiklə vuraraq onu döymüşdür. Daha sonra isə onlar sakitləşərək öz yaşadıqları evə getmişdir. O, həmin vaxt Sərdar ilə qohum olduğuna görə polis əməkdaşlarına heç bir şikayət etməmişdir. İş materiallarına əlavə olunmuş Qobustan rayon polis şöbəsinin TQ-nin 30 sentyabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işi başlanması rədd edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini və ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 500 manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-239/2021
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-239/2021
05.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver