Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-24/2023 11.01.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Mustafayeva Bahar Elman qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zülfüqar oğlunun iştirakı ilə, xx xxxx 1983-cü ildə Şamaxı rayonu Quşçu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Şamaxı rayonu Quşçu kəndində qeydiyyatda olan Şəxs Zülfüqar oğlu barəsində Qobustan rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İXM-in 590.2ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq məhkəmə MÜƏYYƏN ETDi: Qobustan rayon məhkəməsinə Qobustan rayon Polis şöbəsindən Şəxs Zülfüqar oğlunun Azərbaycan Respublikası İXM-in 590.2-ci madəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokolda 11 yanvar 2023-cü il tarixdə Qobustan rayonunun Poladlı kəndi ərazisində Şəxs Zülfüqar oğlunun tək lüləli H-25182 nömrəli qeydiyyatda olmayan silahla ov etməyə çalışdığı göstərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zülfüqar oğlu izahatında göstərdi ki, Fəti adlı şəxsin Pirsaat çayı ərazisində yerləşən nar bağında qarovulçu işləyir. 11 yanvar 2023-cü il tarixdə Poladlı kəndi ərazisində olarkən atasından qalmış tək lüləli H-25182 nömrəli ov silahı ilə ov etmək məqsədilə havaya güllə atmışdır. Həmin zaman Qobustan rayon polis şöbəsinin əməkdaşları ona yaxınlaşaraq ov silahının hər-hansı bir sənədinin olub-olmamasını soruşmuşlar. Silahın sənədinin olmadığını onlara demişdir. Polis əməkdaşları onu polis şöbəsinə dəvət etmişlər. Qobustan rayon polis şöbəsinin əməkdaşı X1 məhkəmə iclasında izahat verərək göstərdi ki, 11 yanvar 2023-cü il tarixdə Qobustan rayonunun Poladlı kəndi ərazisində Şəxs Zülfüqar oğlunun tək lüləli H-25182 nömrəli qeydiyyatda olmayan silahla ov etdiyini görüb polis əməkdaşları onu polis şöbəsinə aparmışlar. Bu barədə protokol tərtib edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zülfüqar oğlunun və polis əməkdaşının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Zülfüqar oğlu Azərbaycan Respublikası İXM-in 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Müəyyən edildi ki, tək lüləli H-25182 nömrəli ov silahının hüquqi sənədi yoxdur. Ona görə də Şəxs Zülfüqar oğlu Azərbaycan Respublikası İXM-in 590.2-ci maddəsində nəzərdə tutulan həddə inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə- silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Şəxs Zülfüqar oğlunun məsulliyətini yüngülləşdirən və ağırlandıran hal yoxdur. Məhkəmə Şəxs Zülfüqar oğlu barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 590.2-cı maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130 və 590.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Zülfüqar oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinib tək lüləli H-25182 nömrəli ov silahı müsadirə edilməklə 80 manat məbləğində inzibati cərimə edilsin. Bir ədəd tək lüləli H-25182 nömrəli ov silahı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin təchizat anbarına təhvil verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-24/2023
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-24/2023
11.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver