Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-241/2020 09.12.2020 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 və onun müdafiəçisi Vəkil iştirakı ilə, xx xxxx 1967-ci ildə İran İslam Respublikasında anadan olmuş, İran İslam Respublikası vətəndaşı, Bakı şəhəri Nizami rayonu, N. Abdullayev küçəsi ev 4/54-də yaşayan X5 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X9 Yol-Patrul Xidməti Alayından daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X9 Yol-Patrul Xidməti X1 Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə rayon məhkəməsinə protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, X5 idarə etdiyi “Ford-transit yük” markalı **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx xxxxxx 2020-ci il tarixdə saat 22:00 radələrində Bakı-Şamaxı-Yevlax yolunun 75.5-ci km-də idarəetməni itirməsi nəticəsində dəmir təhlükəsizlik səthinə və beton çəpərə dəymişdir. Bununla da X5 Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 əməlini etiraf edərək bildirdi ki, idarə etdiyi “Ford-transit yük” markalı **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx xxxxxx 2020-ci il tarixdə saat 22:00 radələrində Bakı şəhəri istiqamətində hərəkətdə olarkən hava yağışlı olduğundan Bakı-Şamaxı-Yevlax yolunun 75.5-ci km-də idarəetməni itirərək idarə etdiyi avtomobil yolun kənarında olan dəmir təhlükəsizlik səthinə və beton çəpərə dəymişdir. Hadisə nəticəsində avtomobildə olan sərnişin X8 yüngül xəsarət almışdır. Həmin vaxtı idarə etdiyi avtomobili təxminən 60-70 km/saat sürətlə hərəkət etdirmişdir. Əməlindən peşmandır. İş materiallarında Daxili İşlər Nazirliyinin Bİ və Tİ YNHDİ üzrə istintaq və təhqiqat şöbəsinin xx xxxxxx 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, X2 əməlində cinayət tərkibi olmadığından barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. X5 barəsində tərtib edilmiş TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv olunması məsələsinə baxılması və X5 barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati tənbeh görülməsi üçün qərarın surəti BDYPİ-nin YPXA-ya göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 Şamaxı rayon Şöbəsinin xx xxxxxx 2020-ci il tarixli 170 saylı ekspert rəyində göstərilmişdir ki, X3 topuq nahiyyəsinin əzilməsi və hematoması küt əşyanın təsirindən törənməklə, qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx xxxxxx 2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində sərnişin qismində almağa uyğun gəlir. Həmin xəsarətlər dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan Qobustan rayon mərkəzi xəstəxanası X10 verdiyi xx xxxxxx 2020-ci il tarixli 237 nömrəli “Spirtli içkilərin qəbul edilməsinin sərxoşluq vəziyyətinin təyin edilməsi” aktında göstərilmişdir ki, X5 müayinə zamanı ayıq olmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, P.B. Kalantari Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. X2 əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə X5 barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40,43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib 200 manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-241/2020
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-241/2020
09.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver