Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-241/2023 22.09.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi, hüquqi şəxs Şəxs MMC-ni təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs-hüquqi şəxsin direktoru X4 iştirakı ilə, Xocavənd rayon məhkəməsindən ərazi aidiyyəti üzrə Qobustan rayon məhkəməsinə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Xocavənd rayon məhkəməsi Şəxs MMC-nin direktorunun vəsatətinə əsasən aidiyyəti üzrə Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında materialı baxılması üçün Qobustan rayon məhkəməsinə göndərmişdir. Xocavənd rayon prokurorluğu məhkəməyə ərizə göndərərək 22 sentyabr 2023-cü il tarixə saat 12:30-a təyin olunmuş məhkəmə iclasında Xocavənd rayon prokurorluğunun əməkdaşının iştirak edə bilməyəcəyini, işə əməkdaşın iştirakı olmadan baxılmasını və işin nəticəsi barədə Xocavənd rayon prokurorluğuna məlumat verilməsini xahiş etmişdir. Xocavənd rayon prokurorunun “inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” 20 iyul 2023-cü il tarixli qərarında göstərilir ki, hüquqi şəxs Şəxs MMC-ni təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs-hüquqi şəxsin direktoru X9 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-3, 2-3.3, 2.4 və 49-cu maddələrinin tələblərini pozaraq həmin müəssisədə 2021-ci ilin yaz-payız aylarında “Xocavənd rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin inzibati binasının cari təmir işlərini həyata keçirən 6 nəfər şəxs, yəni X11, X12, X7, X13, X14 və X10 ilə əmək müqaviləsi bağlamalı olduğu halda, həmin vəzifənin icra edilməsi üçün onlarla əmək müqaviləsi bağlamayaraq və həmin müqavilələrin bildirişini elektron informasiya sisteminə daxil etməyərək Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən onları usta və fəhlə işinə, yəni “Xocavənd rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin inzibati binasının müxtəlif növdə təmir işlərinin yerinə yetirilməsinə cəlb etdiyindən hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibatı xətanı törətməsinə görə həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Hüquqi şəxs Şəxs MMC-nin təsisçisi və hüquqi şəxsin direktoru X9 izahat verərək göstərdi ki, 2021-ci ilin yaz-payız aylarında “Xocavənd rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsində Şəxs MMC tərəfindən həyata keçirilən cari təmir işlərinin soyadlarını xatırlamadığı, lakin rəsmi müqavilə ilə işləyən Ruslan və Kənan adlı şəxslər həyata keçirmişdir. Həmin vaxt Ruslan və Kənandan başqa digər usta və fəhlələr də işləmişdir. Xəstəxanada görülən işləri onun əmək müqaviləsi bağladığı işçilər görmüşdür. Prokurorluq tərəfindən adları göstərilən əmək müqaviləsi bağlanmadan işləyən işçiləri tanımır. Xəstəxanada 44 günlük müharibədə iştirak edən hərbiçilər qalmışdır. Xəstəxananın dəhlizinin metlaxı yararsız hala düşdüyündən xəstəxananın direktoru xəstəxananın dəhlizinin metlaxının dəyişdirilməsinə köməklik etməyi ondan xahiş etmiş, o da metlaxın döşənilməsində köməklik göstərmişdir. Metlax dəyişdirilməsi tenderdə nəzərdə tutulmamışdır. Əlavə işçiləri xəstəxananın əməkdaşları gətirmişdir, lakin əmək haqlarını o vermişdir. Həmin şəxslərə pulu kömək məqsədilə vermişdir. O, üç nəfər işçi işlətmiş, həmin şəxslərlə də əmək müqaviləsi bağlamışdır. Qalan işçiləri o işə götürməmiş və tanımır. Xocavənd rayon prokurorluğunda aparılan ibtidai istintaq zamanı X11 ifadəsində göstərmişdir ki, 2021-ci ilin yaz-payız aylarında Xocavənd rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsində Şəxs MMC tərəfindən həyata keçirilən cari təmir işlərini, yəni xəstəxananın içəri və çöl hissəsinin kosmetika işləri, yəni fasadın dəyişdirilməsi, yerə metlax döşənməsi, krantların dəyişdirilməsi, santexnik işləri, radiatorların dəyişdirilməsi və digər işləri həyata keçirən zaman mühəndis vəzifəsində işləmiş, lazım olan mal-materialların şirkətin direktoru Həbib Məmmədov tərəfindən Bakı şəhərindən göndərildiyini, çatışmazlıq olduqda Həbib Məmmədovun ona "xxxx" ASC-ə aid kart vasitəsiylə göndərdiyi pulla Xocavənd, Beyləqan və Ağcabədi rayonlarının ərazilərində olan mağazalardan mal-material əldə etdiyini, Həbib Məmmədovun direktoru olduğu Şəxs MMC şirkəti ilə onun arasında əmək müqaviləsinin olması barədə məlumatı olmadığını, eləcə də X12, X7, X13, X14 və X5 həmin şirkətlə əmək müqavilələrinin olmadığını, orada işləyən zaman onlara aylıq rəsmi əmək haqqı ödənilmədiyini, işçilərə ödəniş görülən işlərə və razılaşmaya əsasən Həbib Məmmədovun onun kart hesabına göndərdiyi pulların onun tərəfindən ödənildiyini, ona isə aylıq Həbib Məmmədov tərəfindən 500 aylıq əmək haqqı və yanacağın pulunun ödənildiyini göstərmişdir. İstintaq zamanı X12, X7, X13, X14 və X10 ifadələrində 2021-ci ilin yaz-payız aylarında “Xocavənd rayon mərkəzi xəstəxanası” publik hüququ şəxsdə Şəxs MMC tərəfindən həyata keçirilən cari təmir işlərini apardıqlarını, onlara işlərinə uyğun əmək haqlarının verildiyini, lakin həmin şirkətin rəhbəri Həbib Məmmədov və şirkətin digər əməkdaşları ilə əmək müqavilələrinin olmadığını göstərmişlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən tərtib edilmiş 21 sentyabr 2021-ci il AİBNDX.15/01.5/67809 nömrəli məktubdan görünür ki, 48720.08 manat məbləğində tikili və avadanlıqların cari təmiri işlərinin satın alınması məqsədilə Şəxs MMC ilə müqavilənin bağlanmasına əsas verən kotirovka sorğusu prosedurunun nəticəsi barədə tərtib olunmuş yekun protokol iqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində 07 sentyabr 2021-ci il tarixdə 5p/6320-2 nömrəsi ilə qeydə alınmışdır. 25 sentyabr 2021-ci il tarixli mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi N 8-dən görünür ki, “Xocavənd rayon mərkəzi xəstəxanası” publik şəxsin direktoru X1 qismində, Şəxs MMC-nin direktoru X9 icraçı qismində olmaqla bağlanmış müqavilə əsasında Xocavənd rayon mərkəzi xəstəxanasının cari təmir işlərinin satın alınması üçün 48.720,08 manat tender təklifi ilə razılaşmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin 15 may 2023-cü il tarixli 3-17-5/2-17080/2023 nömrəli məktubundan görünür ki, X3 və X2 başqa rayon prokurorluğunun 02 aprel 2023-cü ıl tarixli ********* nömrəli sorğusunda qeyd edilən X12, X7, X13, X14 və X5 barəsində "Əmək və məşğulluq” altsistemində hüquqi şəxs Şəxs MMC (VÖEN 1-15781) tərəfindən əmək müqaviləsi bildirişi daxil edilməmişdir. 2021-ci ilin yaz-payız aylarında Şəxs MMC-nin cari təmir işlərini həyata keçirdiyi “Xocavənd rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsi Beyləqan rayonu inzibati ərazisində salınmış Xocavənd rayon Xocavənd qəsəbəsində yerləşdiyindən inzibati xəta Xocavənd rayonu ərazisində törədilmiş hesab olunur. Müəyyən olundu ki, Şəxs Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də Şəxs barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 18, 40, 43, 48-51, 110, 114,117, 128-130-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib 22000 (iyirmi iki min) manat cərimə tətbiq olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-241/2023
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-241/2023
22.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver