Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-245/2020 22.12.2020 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi, Şəxs iştirakı ilə xx xxxx 1970-ci ildə Şamaxı rayonunun Nərimankənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Qobustan şəhərində yaşayan Şəxs barəsində Qobustan rayon polis şöbəsində daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 18:00da Qobustan şəhərində yerləşən “OBA” marketdən 2,49 manat dəyərində olan arağı gizli yolla talamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Qobustan şəhərində yaşayır. xx xxxxxx 2020-ci il tarixdə saat 18 radələrində pivə almaq məqsədi ilə Qobustan şəhərində yerləşən “Oba” marketə getmiş, marketin içərisinə daxil olub rəflərə baxa-baxa hərəkət edən zaman rəflərin birində araqları görüb onlardan birini gizli götürməyi fikirləşib və bu məqsədlə də 250 ml olan “Zernoff’ araqını götürmüşdür. Rəfin digər tərəfinə keçib həmin yerdə heç kimin olmadığını gördükdən sonra araq şüşəsini gödəkçəsinin içəri yan cibinə qoyub gödəkçənin düymələrini bağlayaraq gizlətmişdir. Şübhə yaratmamaq üçün mağazanın içərisində bir az hərəkət etmiş və bir şüşə “Xırdalan” pivəsi almışdır. Sonra kassaya yaxınlaşıb pivəni kassirə uzadıb 2 manat pul vermiş, kassir 20 qəpik qalıq pulu və pivə şüşəsini sellofana qoyub ona vermişdir. Bundan sonra mağazadan çıxıb evə getmişdir. Əməlindən peşmandır. İş materiallarına əlavə edilmiş Qobustan rayon polis şöbəsinin xx xxxxxx 2020-ci il tarixli cinayət işlərinin başlanmasının rədd olunması barədə qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Qərarın surəti Şəxs barəsində inzibati tənbeh tədbiri görülməsi üçün Qobustan rayon polis şöbəsinin İTB-yə göndərilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan ictimai işlər inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib ona iki yüz saat ictimai işlər tənbehi tətbiq olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-245/2020
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-245/2020
22.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver