Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-246/2021 08.10.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxx 1977-ci ildə Qobustan rayonunun Yekəxana kəndində anadan olmuş, Аzərbaycan Respublikasının vətəndaşı, Qobustan rayonunun Yekəxana kəndində yaşayan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında iclaatın açılması barədə qərara baxaraq MÜƏYYƏN ETDİ: Qobustan rayon Məhkəməsinə Qobustan rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 206-ci madəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında iclaatın açılması barədə qərarda göstərilmişdir ki, Şəxs üzərindən satış məqsədi olmadan kağıza bükülü vəziyyətdə narkotik vasitə aşkar edilməsi faktında cinayət tərkibinin olması müəyyən edilmədiyindən həmin xüsusat üzrə barəsində cinayət təqibi rədd edilmiş və Şəxs barəsində həmin xüsusat üzrə Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında icraat açılmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Qobustan rayon Yekəxana kəndində qeydiyyatda olmaqla yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. 26 avqust 2021-ci il tarixdə Qobustan rayon Yekəxana kəndi ərazisində əvvəlcədən tapmış olduğu narkotik vasitə üzərində olarkən gəzinti zamanı polis əməkdaşları tərəfindən saxlanılaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması ona bildirilmiş və Qobustan RPŞ-yə dəvət olunmuşdur. Üzərində olan narkotik vasitəni bir neçə gün əvvəl Qobustan rayon Yekəxana kəndi ərazisində tapmışdır. Heç vaxt narkotik vasitəni heç bir şəxsə verməmiş, satmamış və narkotik vasitələrin əkini ilə məşğul olmamışdır. Əməlindən peşmandır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 206-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. İş materiallarına əlavə olunmuş Qobustan rayon polis şöbəsinin İstintaq Qrupunun cinayət işi başlanmasının rədd edilməsi barədə 04 oktyabr 2021-ci il tarixli qərarının surətində göstərilir ki, Şəxs əməlində cinayət tərkibi olmadığından, toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Şəxs üzərinə baxış zamanı aşkar edilən qurudulmuş marixuanaya bənzər kütlə ilə bağlı təyin olunmuş məhkəmə bioloji ekspertizasının 27 avqust 2021-ci il tarixli 7/841 saylı rəyində göstərilir ki, Şəxs üzərinə baxış zamanı aşkar edilərək götürülmüş təmiz çəkisi 0,212 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlama komissiyasının 01 sentyabr 2021-ci il tarixli 3176 nömrəli rəyində göstərilir ki, Şəxs narkotik vasitələrin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU aşkar olunmuşdur, lakin İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülmüşdür. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 206-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-in 206-ci maddəsinə əsasən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin az miqdarda kultivasiyasına (əkilməsinə, yetişdirilməsinə və ya onların (onların hissələrinin) toplanılmasına) görə üç yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə təqsirli bilinib 300 manat miqdarında inzibati cərimə edilməli, iş üzrə maddi sübut olan Qobustan rayon polis şöbəsində saxlanılan bir bükümdə ümumi çəkisi tədqiqata sərf olunduqdan sonra 0,212 qram narkotik vasitə məhv edilməli, Şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə təqsirli bilinib 300 manat miqdarında inzibati cərimə edilsin. İş üzrə maddi sübut olan Qobustan rayon polis şöbəsində saxlanılan bir bükümdə ümumi çəkisi tədqiqata sərf olunduqdan sonra 0,212 qram narkotik vasitə məhv edilsin. Şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-246/2021
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-246/2021
08.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver