Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-247/2020 22.12.2020 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Mansur oğlunun iştirakı ilə, xx xxxxxx 1996-cı ildə Qobustan rayonunun Nərimankənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Qobustan şəhərində yaşayan Şəxs Mansur oğlu barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan rayon məhkəməsinə Qobustan rayon polis şöbəsindən Şəxs Mansur oğlunun Azərbaycan Respublikası İXM-in 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Mansur oğlu xx xxxxxx 2020-ci il tarixdə fərdi qoruyucu vasitəsi istifadə etməyərək karantin rejimi qaydalarını pozmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Mansur oğlu izahatında bildirdi ki, Qobustan rayonun Qobustan şəhərində yaşayır. Qobustan şəhərində yerləşən və özünün işlətdiyi bərbərxanada X1 ilə birlikdə oturub çörək yeyən zaman Telman Gülməmmədov ora gəlmiş və onlarla oturub yeyib içmişlər. Həmin vaxtı polis əməkdaşları bərbərxanaya daxil olaraq pandemiya qaydalarını pozduqlarını onlara deyərək onları Qobustan rayon polis şöbəsinə aparmış və barələrində protokol tərtib etmişlər. Hazırda əməlindən peşmandır. İş materiallarına əlavə olunmuş spirtli içkilərin qəbul edilməsinin sərxoşluq vəziyyətinin təyin edilməsi haqqında Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxs “Qobustan rayon mərkəzi xəstəxanası” X3 verdiyi xx xxxxxx 2020-ci il tarixli 248 saylı aktdan görünür ki, Şəxs Mansur oğlunda xx xxxxxx 2020-ci il tarixdə yüngül dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. Şəxs Mansur oğlunun əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır, onun məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Şəxs Mansur oğlu barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, əməlindən peşman olmasını, ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 211.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Mansur oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinib 400 manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-247/2020
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-247/2020
22.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver