Məhkəmə qərarları › İş №3(026)-247/2023

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-247/2023

30.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-247/2023 30.08.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 iştirakı ilə, xx xxxxx 1957-ci ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonu Qurbançı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Qobustan rayonpolis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan rayon məhkəməsinə Qobustan rayon polis şöbəsindən Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 16 iyul 2023-cü il tarixdə Qobustan rayonunun Ərəbşahverdi kəndində X6 ilə aralarında mübahisə yaranmış, həmin vaxtı xırda xuliqanlıq etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, Qobustan rayonunun Qurbançı kəndində yaşayır, təqaüdçüdür, 42 il müəllim işləmişdir, iki alı təhsili var. X5 tanıyır, Azər Qirbançı kəndində əkin-için işləri ilə məşğul olur. Heyvanlarının taxıl sahəsinə girməsinə görə Azərlə aralarında mübahisə yaranmışdır. 16 iyul 2023-cü il tarixdə saat 12 radələrində Azər onun mobil telefonuna 2 dəfə zəng vurmuş, o isə telefona cavab verməmişdir. Özünə məxsus avtomaşınla gedərkən Azərin idarə etdiyi avtomaşınla qarşı-qarşıya gəlmiş, Azər onu tanıyıb maşını döndərib onun arxasınca gəlmişdir. Heyvanların Azərin əkin sahəsinə girdiyinə görə aralarında mübahisə yaranmışdır. Az sonra Azərin qardaşı Orxanla onların yanına gəlmiş, hər ikisi onu təpik və yumruqla vurmuşlar. Orxan Cəbiyev avtomaşının qapısını onun ayaqlarına çırpmışdır. Azər Cəbiyev isə onu söydüyünə görə o, da həmin söyüşləri Azərə qaytarmışdır. Daha sonra Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək Azər və Orxan Cəbiyevlərin onu döymələri barədə məlumat vermişdir. Evə gəldikdən sonra qarın nahiyyəsində ağrılar olduğuna görə təcili tibbi yardın stansiyasına zəng etmişdir. Təcili tibbi yardın avtomaşını gərələr onu xəstəxanaya aparmış və orada həkim ona ağrıkəsici dərmanlar vermişdir. Azər və Orxan Cəbiyevlər onu döydükdən sonra o, həqiqətən Azərə “oğluma deyərəm sənin qulağını kəsər, türmədə kişi kimi yatar”-sözlərini demişdir. Bundan sonra Azər və Orxan Cəbiyevlər barəsində Qobustan rayon polis şöbəsinə məlumat vermişdir. Səhv etmişdir, bir də belə hərəkətlərə yol verməyəcəkdir. İş materiallarına əlavə olunmuş Qobustan rayon polis şöbəsinin TQ-nin 21 avqust 2023cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarından görünür ki, Şəxs müraciəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarına əlavə olunmuş Qobustan rayon polis şöbəsinin TQ-nin 21 avqust 2023cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarındakı Şamaxı rayon MTE və PA birliyinin verdiyi 19 iyul 2023-cü il tarixli 90 nömrəli rəyindən görünür ki, Şəxs Həziqulu oğlunun məhkəmə tibbi ekspertizası zamanı müəyyən olundu ki, sağ və sol bazu oynağı nahiyyəsinin, sağ və sol döş qəfəsinin alt nahiyyəsinin, sağ və sol baldırın orta 3/1 ön səthinin qançırları küt əşya təsirindən törənməklə yetirilmə müddəti 16 iyul 2023-cü il tarixə uyğun glir. Təsvir olunan xəsarətlər kənar şəxs tərəfindən, eləcə də bədənin əlçatan nahiyyələrində yerləşdiyindən, zərərçəkənin özü tərəfindən yetirilməsi mümkündür. X2in almış olduğu xəsarətlər ayrı-ayrılıqda və ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 100 manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar