Məhkəmə qərarları › İş №3(026)-248/2023

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-248/2023

31.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-248/2023 31.08.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X2 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb olunması barədə inzibati materiala baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan rayon polis şöbəsindən Qobustan rayon Şıxzahırlı kənd sakini Şəxs o oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsi barədə 31 avqust 2023-cü il tarixli inzibati xəta haqqında MN ******* saylı protokol daxil olmuşdur. Qobustan rayon polis şöbəsindəm daxil olmuş 31 avqust 2023-cü il tarixli MN ******* saylı protokolda göstərilmişdir ki, Qobustan rayonu Şıxzahırlı kənd sakini Şəxs 01 may 2023-cü il tarixdə saat 20:00 radələrində Qobustan rayonunun Şıxzahırlı kəndində X4 ilə aralarında olan şəxsi münasibətlər zəminində Qalib Xəlilovun boyun nahiyyəsindən yumruq zərbəsi vuraraq Qalib Xəlilovu döymüş və ona dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Barəsində İnzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, 01 may 2023-cü il tarixdə Şıxzahırlı kəndində toy məclisində olmuş, toy məclisində yüngül spirtli içki qəbul etmişdir. Qardaşı oğlu cəbhə bölgəsindən hərvi xidmətdən gəldiyi üçün toy məclisindən çıxaraq qardaşıgilin evinə getmişdir. Onu Şıxzahırlı kənd icra nümayəndəsi kimi tanıdığı Xəlilov Qalib ona zəng edərək avtomobilini kimin idarə etdiyi soruşmuş, o isə avtomobilini özünün idarə etdiyi bildirmişdir. Qalib ondan harada olduğunu soruşmuş, o da qardaşı gildə olduğunu demişdir. Qalib avtomaşınla onun qardaşının həyətinə gəlmişdir. Həmin vaxtı Qalibin avtomaşının qabağında qızıq var idi. Bu zaman qardaşı oğlu Nurlanda onların yanına gəlmişdir. Qalib ona Qəzənfər deyə müraciət etmiş, o da Qalibə “mənə Qəzənfər əmi de” demişdir. Qalib də ona “mən hər adama əmi demirəm” demişdir. Həmin zaman qardaşı oğlu X8 sifətindən əli ilə vurmuşdur. Həmin vaxtı hava qaranlıq olduğu üçün neçə dəfə vurduğunu bilməmişdir. Orada onun qohumlarından xeyli adam olsa da heç kim dindirilməmişdir. O, Qalib Xəlilovu vurmamışdır. Zərərçəkmiş şəxs X4 izahat verərək göstərdi ki, 01 may 2023-cü il tarixdə Şıxzahırlı kəndində toy məclisinə getmiş, toy pulunu yazdırdıqdan sonra 10 dəqiqə orada dayanaraq məclisdən çıxıb getmək üçün avtomaşınına yaxınlaşmışdır. Həmin vaxtı avtomaşınının qızıldığını görmüşdür. O, avtomaşını saxlayarkən Şəxs avtomaşını orada olmuş, çıxarkən isə avtomaşının orada olmadığını görmüşdür. Ona görə də avtomaşınını Şəxs avtomaşınının vurduğunu güman edib ona zəng edərək avtomaşını özünün idarə edibetmədiyini soruşmuş, Qəzənfər də avtomaşınını özünün idarə etdiyi deyərək qardaşı gildə olduğunu ona bildirmişdir. Qəzənfərin qardaşının evi icra nümayəndəliyinin inzibati binasının arxasında yerləşir. O, da avtomaşını icra nümayəndəliyinin yanında, yəni həmişə saxladığı yerdə saxlamışdır. Saat təxminən 17:30-18 radələrində Qəzənfərin avtomaşının qabaq buferinin ortadan əzildiyini görümüşdür. Qəzənfərlə söhbət edərkən onların yanına gələn Qəzənfərin qardaşı oğlu Nurlan onu bir neçə dəfə sifət nahiyyəsindən vurmuşdur. Qəzənfər də, onun pencəyinin ətəyindən yapışaraq Nurlana “onun cibindən möhürü götür” deyirdi. Qəzənfər onun pencəyini əynindən çıxarmaq istəyərkən o pencəyin başına keçəcəyindən qorxub pencəyi çıxarmışdır. Pencəyin ətəyini Qəzənfər cırmışdır. Nurlan onun sifətinə vurduğuna görə ağzı qanadığından bütün üstü qan idi. Səsə Qəzənfərin arvadı, hərbidən gələn qardaşı oğlu və digər qohumları gəlmişlər. Qəzənfərin hərbidən gələn qardaşı oğlu və Qəzənfərin arvadı onu kənara çəkərək üzr üzrxahlıq etmişlər. Həmin zaman pencəyinin cibində olan mobil telefonu yerə düşmüş, telefonu ona həmin gün bir neçə saatdan sonra vermişlər. Mübahisə zamanı cibində olan 1800 manat pul və bank kartı itmişdir. Bank kartını sonradan tapmışdır. 1800 manatla əlaqədar təhqiqat aparan təhqiqatçı ona pul məsələnin məhkəməlik olduğuna görə məhkəməyə müraciət etməli olduğunu bildirmişdir. Qəzənfər və Nurlan Həsənovlarla barışmamışdır. Qəzənfər və Nurlanın onu döymələri təxminən yarım saatdan bir saata kimi çəkmişdir. Bunla əlaqədar onun bir dəfə izahatı alınmışdır. Əsaslı araşdırma aparılmamışdır. Materiala əlavə edilmiş Qobustan rayon polis şöbəsinin İQ-nun 31 may 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, X2 müraciəti əsasında toplanmış materialda Şəxs və X1 əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Materiala əlavə edilmiş Qobustan rayon polis şöbəsinin İQ-nun 31 may 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarındakı Şamaxı rayon MTE və PA birliyinin verdiyi 17 may 2023-cü il tarixli 50 nömrəli rəyindən görünür ki, X3 bədəni üzərində aşkar edilən xəsarətlər-alt dodağın sıyrığı, sağ bazu, sol qulaq və sağ baldırın qançırları küt əşya təsirindən törənməklə yetirilmə müddəti 01 may 2023-cü il tarixə uyğun glir. Təsvir olunan xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi mümkündür və həmin xəsarətlər ayrı-ayrılıqda və ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Məhkəmə iclası zamanı müəyyən edildi ki, X5 və X1 əməli üzrə araşdırma tam aparılmamış, hadisə vaxtı orada olan şəxslərin dairəsi tam araşdırılaraq dindirilməmiş, X3 döyülməsi hadisəsinin icra nümayəndəliyinin inzibati binasının yaxınlığında, yoxsa Şəxs qardaşının həyətində baş verməsi aydınlaşdırılmamış, Qalib Xəlilova məxsus 1800 manat pulla əlaqədar heç bir prosessual hərəkət edilməmiş, hadisə yeri müayinə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.3-cü maddəsinə görə inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, Şəxs və X1 əməlində cinayət əlaməti olduğuna görə düzgün hüquqi qiymət verilməsi üçün iş üzrə material Qobustan rayon prokurorluğuna göndərilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməklə Şəxs və X1 əməlində cinayət əlamətləri olduğuna görə inzibati material Qobustan rayon prokurorluğuna göndərilsin. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar