Məhkəmə qərarları › İş №3(026)-249/2023

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-249/2023

31.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-249/2023 31.08.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, Təqirləndirilən şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakı ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xx xxxxxx 1992-ci ildə Qobustan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan şəhəri, Ş. Şikarov küçəsi ev 76-da qeydiyyatda olan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq MÜƏYYƏN ETDİ: Qobustan rayon polis şöbəsindən daxil olmuş ******* saylı protokolda Şəxs 16 iyul 2023cü il tarixdə X3 döydüyü göstərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X10 izahat verərək bildirdi ki, X12 Qobustan rayonunun Qurbançı kəndində özünə məxsus torpaq sahəsi vardır. 16 iyul 2023-cü il tarixdə qardaşı Azərlə birlikdə əkin sahəsinə baxmağa getmişlər və əkin sahəsində 17 baş iri buynuzlu heyvanların otladığını görmüşlər. Heyvanları sahədən çıxarmışlar. Azər Xəlgüllahın mobil telefonuna zəng vurmuş, lakin Xərgüllah onun telefonuna cavab verməmişdir. Həmin ərazidə olan “Fərzalı bulağı” deyilən yerdən keçərkən Xəlgüllah İsgəndərovun “NİVA” markalı avtomaşınla onlara yaxınlaşmış, X9 heyvanlarının onun əkin sahəsinə girdiyini deyərək ona irad bildirmişdir. Xəlgüllah İsgəndərov nalayıq söyüşlərlə onların ata-anasını söyərək onlara hədə-qorxu gəlmişdir. X14 İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Ondan sonra Xəligüllah da DİN-in 102 xidmətinə zəng vurmuşdur. Xəlgüllah İsgəndərovu nə o, nə də qardaşı Azər vurmamışdır. Zərərçəkmiş şəxs X5 izahat verərək göstərdi ki, Qobustan rayonunun Qurbançı kəndində yaşayır, təqaüdçüdür, 42 il müəllim işləmişdir, iki alı təhsili var. X8 tanıyır, Azər Qirbançı kəndində əkin-için işləri ilə məşğul olur. Heyvanlarının taxıl sahəsinə girməsinə görə Azərlə aralarında mübahisə yaranmışdır. 16 iyul 2023-cü il tarixdə saat 12 radələrində Azər onun mobil telefonuna 2 dəfə zəng vurmuş, o isə telefona cavab verməmişdir. Özünə məxsus avtomaşınla gedərkən Azərin idarə etdiyi avtomaşınla qarşı-qarşıya gəlmiş, Azər onu tanıyıb maşını döndərib onun arxasınca gəlmişdir. Heyvanların Azərin əkin sahəsinə girdiyinə görə aralarında mübahisə yaranmışdır. Az sonra Azərin qardaşı Orxan da onların yanına gəlmiş, hər ikisi onu təpik və yumruqla vurmuşlar. Orxan Cəbiyev avtomaşının qapısını onun ayaqlarına çırpmışdır. Azər Cəbiyev isə onu söydüyünə görə o, da həmin söyüşləri Azərə qaytarmışdır. Daha sonra Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək Azər və Orxan Cəbiyevlərin onu döymələri barədə məlumat vermişdir. Evə gəldikdən sonra qarın nahiyyəsində ağrılar olduğuna görə təcili tibbi yardın stansiyasına zəng etmişdir. Təcili tibbi yardın avtomaşını gələrək onu xəstəxanaya aparmış və orada həkim ona ağrıkəsici dərmanlar vermişdir. Bundan sonra Azər və Orxan Cəbiyevlər barəsində Qobustan rayon polis şöbəsinə məlumat vermişdir. İş materiallarına əlavə olunmuş Qobustan rayon polis şöbəsinin TQ-nin 21 avqust 2023cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarından görünür ki, Xəlgüllah İsgəndərovun müraciəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarına əlavə olunmuş Qobustan rayon polis şöbəsinin TQ-nin 21 avqust 2023cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarındakı Şamaxı rayon MTE və PA birliyinin verdiyi 19 iyul 2023-cü il tarixli 90 nömrəli rəyindən görünür ki, X2 məhkəmə tibbi ekspertizası zamanı müəyyən olundu ki, sağ və sol bazu oynağı nahiyyəsinin, sağ və sol döş qəfəsinin alt nahiyyəsinin, sağ və sol baldırın orta 3/1 ön səthinin qançırları küt əşya təsirindən törənməklə yetirilmə müddəti 16 iyul 2023-cü il tarixə uyğun gəlir. Təsvir olunan xəsarətlər kənar şəxs tərəfindən, eləcə də bədənin əlçatan nahiyyələrində yerləşdiyindən, zərərçəkənin özü tərəfindən yetirilməsi mümkündür. X4in almış olduğu xəsarətlər ayrı-ayrılıqda və ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 300 manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar