Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-253/2021 15.10.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyev Şəfa Qəhrəman qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1979-cu ildə Qobustan rayonunun Yekəxana kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Yekəxana kəndində yaşayan Şəxs barəsində Qobustan rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İXM-in 590.2-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Qobustan rayon məhkəməsinə Qobustan rayon Polis şöbəsindən Şəxs Azərbaycan Respublikası İXM-in 590.2-ci madəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında protokolda Qobustan rayonunun Yekəxana kəndi ərazisində Yekəxana kənd sakini Şəxs əlində xüsusi icazə olmadan 1971-ci il istehsalı Y № 26309 saylı qoşa lüləli ov silahı aşkar olunaraq götürüldüyü göstərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini etiraf edərək izahatında göstərdi ki, Qobustan rayon Yekəxana kəndində yaşayır, ailəlidir 3 uşağı var. 13.10.2021-ci il tarixdə Yekəxana kənd ərazisində özünə məxsus 12 kalibri qoşa lüləli ov silahı ilə 1 ədəd çöl dovşanı vuraraq yəni, ov edərək gəzirmiş, həmin vaxt polis əməkdaşları ona yaxınlaşıb silahın sənədi olub-olmamasını soruşub, o da cavab verərək bildirib ki, silahın sənədi yoxdur. Daha sonra 1 ədəd ovladığı dovşanla və üzərində olan silahla Polis şöbəsinə gəlmişdir. Əməlindən peşmandır, bir daha belə hallara yol verməyəcəkdir. İnzibati xəta törədən şəxs Şəxs bu əməli özünün izahatı ilə, eləcə də iş üzrə toplanmış materiallarla təsdiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də Şəxs Azərbaycan Respublikası İXM-in 590.2-ci maddəsində nəzərdə tutulan həddə inzibati tənbeh edilməlidir. Şəxs məsulliyətini yüngülləşdirən və ağırlandıran hal yoxdur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 590.2-cı maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinib bir ədəd qoşa lüləli, 1971-ci il istehsalı Y № 26309 saylı qoşa lüləli ov silahı müsadirə edilməklə 80 manat məbləğində inzibati cərimə edilsin. Bir ədəd 1971-ci il istehsalı Y № 26309 saylı ov silahı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin təchizat anbarına təhvil verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-253/2021
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-253/2021
15.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver