Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-254/2021 20.10.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakı ilə, 26 fevral 1983-cü ildə Qobustan rayonunun Nardaran kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Nardaran kəndində yaşayan Şəxs barəsində Qobustan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan RPŞ-dən Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokolda Şəxs 19 oktyabr 2021-ci il tarixdə polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmadığı göstərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, 18 oktyabr 2021-ci il tarixdə əmisi nəvəsinin hərbi çağırışa çağırılması ilə əlaqədar Qobustan rayon Hərbi Kommisarlığına gəlmiş, həmin günü axşam saatlarında yaşadığı Nardaran kəndinə getmək üçün yola çıxsa da, güclü yağış yağdığından yenidən Qobustan şəhərində yaşayan həmkəndlisi Fazilin evinə qayıtmışdır. Həmin günün səhəri yəni, 19 oktyabr 2021-ci il tarixdə saat 18:00-da küçədə gəzərkən Qobustan rayon polis əməkdaşları ona yaxınlaşaraq onunla söhbət etmiş və onu polis şöbəsinə aparmışlar. Məhkəmə iclasında Qobustan rayon polis şöbəsinin əməkdaşı X5 izahatında göstərdi ki, 19 oktyabr 2021-ci il tarixdə bir neçə polis əməkdaşı ilə xidmətdə olarkən saat 18 radələrində Qobustan rayonunda küçədə bir nəfər şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşmış və ona özünü təqdim etməsini bildirmişdir. Lakin həmin şəxs onların qanuni tələblərinə tabe olmamışdır. Ona görə də xidmət yoldaşları Surxay Surxayev və İsmət Cabarovla həmin şəxsi polis şöbəsinə gətirmişlər. Həmin şəxsin Qobustan rayonunun Nardaran kənd sakini Şəxs olduğu müəyyən edilmişdir. X1 və X3 şahid X2 izahatına uyğun izahat verdilər. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və şahidlərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hal müəyyən olunmadı. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsetmənin əvvəli 19 oktyabr 2021-ci il tarixdən hesablansın. Qərarın icrası Qobustan rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-254/2021
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-254/2021
20.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver