Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-254/2023 04.09.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ X6 Murtuza oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1984-cü ildə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Cəhri kəndində qeydiyyatda olan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan RPŞ-dən Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında MN ******* saylı protokolda göstərilir ki, Şəxs 04 sentyabr 2023-cü il tarixdə Qobustan rayon polis şöbəsinin əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq ictimai qaydanı pozmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, 04 sentyabr 2023-cü il tarixdə X1 idarə etdiyi “Toyota Prius” markalı ** LY *** qeydiyyat nişanlı avtomaşında Bakı şəhərindən Şamaxı rayonuna gedərkən Qobustan rayonu ərazisində polis əməkdaşları tərəfindən saxla işarəsi verilmiş və Səid avtomaşını saxlamışdır. Polis əməkdaşları Səidə “STOP” nişanının qaydalarını pozduğunu deyərək barəsində protokol tərtib etmişlər. O avtomaşından düşərək polis əməkdaşlarına şəhid ailəsi olduğunu demişdir. Lakin polis əməkdaşları onun şəhid ailəsi olduğuna inanmadıqlarına görə aralarında mübahisə yaranmışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid X3 izahat verərək bildirdi ki, 04 sentyabr 2023-cü il tarixdə xidmətdə olarkən “STOP” nişanının qaydalarını pozduğuna görə həmin avtomaşına xala işarə verərək avtomaşına yaxınlaşıb özünü təqdim edərək avtomaşının sürücüsü X2 görüntünü təqdim edib barəsində protokol tərtib etmişdir. Avtomaşında sərnişin kimi əyləşmiş Şəxs avtomaşından düşərək şəhid ailəsi olduğunu deyib onun mübahisə etməyə başlamışdır. Şəxs nizam-intizama dəvət etməyə çalışmış, lakin Şəxs onun qanuni tələbinə tabe olmayaraq onunla mübahisə etmiş və onu təhqir etmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və polis əməkdaşının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddələrdə nəzərdə tutulan inzibati cərimə tənbeh tədbiri görülməlidir. Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsinə əsasən bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda, eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 535-ci maddəsinin sanksiyasında daha ciddi xətaya görə sanksiya nəzərdə tutulduğu üçün Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə inzibati tənbeh olunmalıdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, onun şəxsiyyətini və ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib, barəsində İXM-in 34.3-cü maddəsi tətbiq edilməklə, İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan 200 manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №3(026)-254/2023
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-254/2023
04.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver