Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-255/2021 25.10.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X3 oğlunun iştirakı ilə, xx xxxxxxx 1976-cı ildə Şamaxı rayonunun Nərimankənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Qobustan şəhərində yaşayan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan RPŞ-dən Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında protokolda Şəxs 22 oktyabr 2021-ci il tarixdə sərxoş vəziyyətdə Qobustan rayon polis şöbəsinə gələrək polis əməkdaşlarının ünvanına nalayiq sözlər işlətmiş, onu nizam-intizama dəvət etsələr də, polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini etiraf edərək bildirdi ki, 22 oktyabr 2021-ci il tarixdə yaşadığı evdə 300-400 qram spirtli içki qəbul etdikdən sonra təxminən saat 19 radələrində Qobustan rayon polis şöbəsinin həyətinə gedərək rəis müavini ilə görüşmək istədiyi, lakin polis əməkdaşlarının onu binaya buraxmadıqlarına görə sərxoş olduğu üçün özünü idarə edə bilməyərək etdiyi hərəkətləri bilməmişdir. İİ qrup əlildir. Etdiyi hərəkətlərə görə peşmandır. Məhkəmə iclasında Qobustan rayon polis şöbəsinin əməkdaşı X2 izahatında göstərdi ki, 22 oktyabr 2021-ci il tarixdə saat 18:15 radələrində Qobustan rayon Polis şöbəsində xidmətdə olarkən Qobustan rayon sakini Şəxs şöbənin həyətinə girərək nalayiq sözlər işlətmişdir. Həmin vaxtı Şəxs içkili vəziyyətdə olmuşdur. Onu nizam intizama dəvət etsələr də, onların qanuni tələblərinə məhəl qoymamışdır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və şahidin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, V.Ə. İsgəndərov Azərbaycan Respublikası İXM-in 510 və 535-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddələrdə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Şəxs inzibati tənbeh tətbiq edərkən onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. İş materiallarına əlavə olunmuş spirtli içkilərin qəbul edilməsinin sərxoşluq vəziyyətinin təyin edilməsi haqqında “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxs “Qobustan rayon mərkəzi xəstəxanası” X4 verdiyi 22 oktyabr 2021-ci il tarixli 457 saylı aktdan görünür ki, Şəxs 22 oktyabr 2021-ci il tarixdə orta dərəcəli sərxoşluğ müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsinə əsasən bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda, eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 535-ci maddəsinin sanksiyasında daha ciddi xətaya görə sanksiya nəzərdə tutulduğu üçün Şəxs Azərbaycan Respublikası İXM-in 535-ci maddəsi ilə inzibati tənbeh olunmalıdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, əməlindən peşman olmasını, ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 535-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə təqsirli bilinib 200 manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-255/2021
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-255/2021
25.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver