Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-255/2023 12.09.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ X3 Murtuza oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxx 1970-ci ildə Şamaxı rayonu Nərimankənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonu Qobustan şəhərində qeydiyyatda olan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan RPŞ-dən Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında MN ******* saylı protokolda göstərilir ki, Şəxs 04 sentyabr 2023-cü il tarixdə xidmətdə olan Qobustan rayon polis şöbəsinin əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq işlədiyi idarəyə daxil olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, 04 sentyabr 2023-cü il tarixdə təxminən saat 14 radələrində idarə etdiyi “Mersedes” markalı **-RX-*** dövlət qeydiyyat nişanlı avtomaşınla atası ilə birlikdə yas mərasiminə getmək istəyərkən idarə etdiyi avtomaşının qırmızı işığının yandığını görmüşdür. Atası ona avtomaşın nasaz olduğu üçün aparıb iş yerinin qarşısında saxlamasını dediyinə görə o da avtomaşını işlədiyi “Su kanal” idarəsinin qarşısına apararkən yolun kənarında yol polisi əməkdaşı Faiq Quliyevin mülki geyimdə olduğunu və ondan başqa da polis əməkdaşının olduğunu görmüşdür. Həmin vaxtı onlara başı ilə salam verərək keçmiş və onu saxlamamışlar. Lakin idarənin qarşısına çatan zaman arxasınca polisin xidməti avtomaşının gəldiyi görmüşdür. Polis əməkdaşı ona təhlükəsizlik kəmərindən istifadə etmədiyi deyərək onu polis şöbəsinə dəvət etmiş, o isə polis əməkdaşına heç bir zaman təhlükəsizlik kəmərindən istifadə etmədən avtomobil idarə etmədiyi və spirtli içki qəbul etmədiyi, əgər polis şöbəsinə getməlidirsə rəsmi çağırışla çağırılmasını bildirmişdir. Şahid Qobustan rayon polis şöbəsinin əməkdaşı X1 izahat verərək göstərdi ki, 04 sentyabr 2023-cü il tarixdə 14:45 radələrində Qobustan şəhəri ərazisində xidmətdə olarkən “Mersedes” markalı **-RX-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü Bakı-Şamaxı-Yevlax yolu ilə Qobustan şəhəri, H. Əliyev prospektinin kəsişməsində baş yoldan çıxaraq digər yola daxil olarkən dönmə siqnalından istifadə etmədiyinə görə ona saxla işarəsi vermiş, lakin sürücü avtomaşını saxlamayaraq Qobustan şəhəri, H. Əliyev prospektində yerləşən “Su kanal” idarəsinin qarşısında saxlayaraq avtomaşından düşmüşdür. Sürücüyə yaxınlaşıb ona qayda pozuntusu izah edərkən onun nəfəsindən spirtli içki qoxusu gəldiyi hiss edib ona müayinədən keçməli olduğunu desə də, sürücü Şəxs onun qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və polis əməkdaşının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddələrdə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 200 manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №3(026)-255/2023
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-255/2023
12.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver