Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-256/2021 28.10.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakı ilə, xx xxxxxxx 1984-cü Ucar rayonunun Qulabənd kəndində anadan olmuş, Аzərbaycan Respublikasının vətəndaşı, Ucar rayonu, Azərbaycan küçəsi 7-də yaşayan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq MÜƏYYƏN ETDİ: Qobustan rayon Məhkəməsinə Qobustan rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 206-ci madəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş MN ******* saylı protokolda Şəxs qanunla qadağan olunmuş narkotik tərkibli vasitələrdən istifadə etməsi göstərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Ucar rayonu, Azərbaycan küçəsi, ev 10-da qeydiyyatdadır. Təxminən bir aydır ki, işləmək məqsədi ilə ailə üzvləri ilə birlikdə Bakı şəhərinə gəlmiş və Bakı şəhəri Yasamal rayonu, Alatava qəsəbəsində kirayə yaşayır. Bakı şəhərində yerləşən müxtəlif restoranlarda günəmuzd qabyuyan işləyir. İki ilə yaxındır ki, narkotik vasitələrdən istifadə edir. Türkanə Budaqovanı dörd ildir ki, tanıyır. Onunla Göyçay rayonunda kafedə tanış olmuşdur. Elə həmin vaxtdan münasibətləri yaranmışdır. Bir-biriləri ilə görüşməsələr də, tez-tez telefonla danışıb hal-əhval tutmuşlar. Fuadla isə 6- 7 ay əvvəl Bakı şəhərində tanış olmuşdur. 19.07.2021-ci il tarixdə tanışı Fuad ona zəng edərək hal-əhval tutub, harada olduğunu soruşduqda Bakı şəhərində olduğunu demiş, telefon danışığı zamanı Fuad ona dostları ilə Bakı şəhərinə gələcəyini deyərək birlikdə yeyib-içib istirahət etmək üçün Şamaxı rayonuna getməyi təklif etmişdir. O da Fuadın təklifi ilə razılaşmış və tanışı Türkanəni də dəvət etmək istədiyini bildirmişdir. Fuad ona heç bir problemin olmadığını demişdir. 20.07.2021-ci il tarixdə saat 09 radələrində Türkanə Budaqovanın istifadəsində olan mobil nömrəyə zəng edib, dostu ilə Şamaxı rayonuna qonaqlığa gedəcəyini demiş və Türkanədən gəlmək istəyib-istəmədiyini soruşmuşdur. Türkanə təklifi qəbul etdiyi üçün taksi ilə gəlib onu götürəcəyini demiş və həmin gün saat 12 radələrində taksi ilə Şüvəlan qəsəbəsinə gedib Türkanəni evlərindən götürmüşdür. Təxminən saat 14 radələrində “20 yanvar” dairəsinə çatıb taksidən düşərək Fuadın idarə etdiyi yaşıl rəngli “Niva” markalı avtomobilə minmişlər. Avtomobildə Fuaddan başqa onun 2 nəfər oğlan dostu da olmuşdur. Lakin həmin şəxslər ilə əvvəllər tanışlığı olmamışdır. Şamaxı rayonu istiqamətində hərəkət etməyə başlamışlar. Yolda olanda bir dəfə mağazaların birinin qarşısında saxlayıb su almışlar. Qobustan rayonu ərazisindən keçəndə yanacaq az olduğu üçün yanacaq doldurma məntəqəsinə daxil olub benzin vurduqdan sonra yanacaq doldurma məntəqəsindən çıxıb təxminən 50-100 metr uzaqlaşarkən yol patrul xidməti avtomobilində olan polis əməkdaşı saxla əmri vermiş və Fuad maşını saxlamışdır. Sonra mülki geyimdə bir neçə şəxs onların olduğu maşına yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Türkanəni və onu narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bildiklərini deyərək onları Qobustan rayon PŞ-yə dəvət etmişlər, Qobustan RPŞ-də olarkən ona hüquqları izah edilmiş, hüquqlarının müdafiə edilməsi üçün vəkillə müqavilə bağlamağa imkanının olmadığını bildirmiş və dövlət hesabına müdafiəçi ilə təmin olunmasını xahiş etmişdir. Ona vəkillərin siyahısı təqdim edilmiş və həmin siyahı ilə tanış olub hüquqlarını vəkil Əlisa Abdullayevin müdafiə etməsini bildirmişdir. Daha sonra vəkil Əlisa Abdullayev polis şöbəsinə gəlmişdir. Tutma protokolu tərtib edildikdən və hüquqları izah edildikdən sonra iki nəfər əvvəllər tanımadığı qadın hal şahidlərinin və vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı üzərindən kəsilmiş formada “hell” içki qutusu aşkar edilmişdir. Həmin “hell” içki qutusunu 19.07.2021-ci il tarixdə gecə vaxtı evdə olarkən qayçı ilə kəsib dairəvi şəkildə siqaret dənəciyi formasına gətirib içərisinə “patı” adlanan psixotrop maddə doldurub alışqanla aşağı hissədən yandıraraq tüstünü ağız vasitəsilə çəkdikdən sonra “Patı” əridiyi üçün həmin “hell” qutusunun kəsilmiş hissəsini şalvarının cibinə qoymuşdur. Şəxsi axtarış zamanı şalvarının sağ yan cibindən özünə məxsus “Nokia” markalı mobil telefonu, qara rəngli çantasından isə ailə üzvlərinə məxsus şəxsiyyət vəsiqələri, güzgü, daraq və telefon adapteri aşkar edilmişdir. Qara rəngli çanta, ailə üzvlərinə məxsus şəxsiyyət vəsiqələri, güzgü, daraq və telefon adapteri özünə qaytarılmışdır. Mobil telefona isə baxış keçirildikdən sonra ona geri qaytarılmışdır. Ümumiyyətlə, iki il əvvəl narkotik vasitədən istifadə etməyə başlamışdır. Narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul deyildir. Türkanə Budaqova ona narkotik vasitə istifadə etdiyini dediyi üçün onun narkotik vasitə istifadəçisi olduğunu bilmişdir. Lakin heç vaxt Türkanə ilə birlikdə narkotik vasitə və ya psixotrop maddə çəkməmişdir. Türkanədən narkotik vasitə və ya psixotrop maddə almamış, həmçinin Türkanənin kiminləsə narkotik vasitə çəkdiyini və ya kiməsə narkotik vasitə verdiyini görməmişdir. 20.07.2021-ci il tarixdə Türkanənin üzərində narkotik vasitə və psixotrop maddə olması barədə məlumatı olmamışdır. X1 Əmirova və yanında olan şəxslərə narkotik vasitə çəkməyi təklif etməmiş, həmin şəxslər Türkanəyə və ya ona narkotik vasitə çəkməyi təklif etməmişdir. Polis şöbəsinə gətirildikdə və üstünə şəxsi axtarış keçirilən zaman ona hər hansı bir təsir göstərilməmişdir. Türkanə Budaqovaya hər hansı təsir göstərilməsinin şahidi olmamışdır. 19.07.2021-ci il tarixdə saat 11 radələrində Alatava qəsəbəsindən “20 yanvar” dairəsi istiqamətində gedən zaman yolun kənarında kiçik ölçülü bükülü görmüş və maraqlı gəldiyi üçün əyilib yerdən götürmüş və içərisinə baxanda “patı”ya oxşatmışdır. Ona görə də həmin maddəni şalvarının cibinə qoymuşdur. Həmin gecə evdə “patı”nı tək istifadə etmişdir. Əməlindən peşmandır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 206-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. İş materiallarına əlavə olunmuş Qobustan rayon polis şöbəsinin İstintaq Qrupunun sübutların qiymətləndirilməsi haqqında 08 oktyabr 2021-ci il tarixli qərarının surətində göstərilir ki, Şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin cinayət tərkibi olmadığından, həmin maddə ilə cinayət işinin başlanması rədd edilmiş, lakin Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkibi əlamətləri olduğundan barəsində inzibati icraat açılmışdır. Qobustan rayon polis şöbəsinin İstintaq Qrupunun sübutların qiymətləndirilməsi haqqında 08 oktyabr 2021-ci il tarixli qərarının surətində göstərilir ki, iş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 06 avqust 2021-ci il tarixli 2705 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Şəxs psixotrop maddədə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində Asılılıq Sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 206-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-in 206-ci maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə təqsirli bilinib 400 manat miqdarında inzibati cərimə edilməli, Azərbaycan Respublikası İXM-in 37.1-ci maddəsinə əsasən məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə təqsirli bilinib 400 manat miqdarında inzibati cərimə edilsin. Azərbaycan Respublikası İXM-in 37.1-ci maddəsinə əsasən Şəxs məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-256/2021
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-256/2021
28.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver