Məhkəmə qərarları › İş №3(026)-256/2024

Qobustan Rayon Məhkəməsi Qərardad — İş №3(026)-256/2024

09.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 3(026)-256/2024 09.08.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Qobustan rayon Məhkəməsinin hakimi X6, protokolu tərtib edən Qobustan rayon Polis Şöbəsinin əməkdaşı, polis mayoru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi- fərdi fəaliyyət göstərən Vəkil və zərərçəkmiş şəxs X2 iştirakları ilə, xx xxxx 1969-cu ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Qobustan rayonu Təklə-Mirzəbaba kəndində qeydiyyatda olan və yaşayan Şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN-nin Qobustan rayon Polis Şöbəssindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işin baxılmağa hazırlanması zamanı materiala baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası DİN-nin Qobustan rayon Polis Şöbəsi tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Qobustan rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı müəyyən etdi ki, material protokolla birlikdə geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında materiala əlavə edilmiş İN ******* nömrəli protokolda Şəxs 02 avqust 2024-cü il tarixdə səhər saatlarında Qobustan rayonunun Təklə- Mirzəbaba kəndində Ağagül Əzizova nalayiq ifadələrlə söyüb təhqir edərək ictimai qaydanı pozduğuna görə Şəxs İXM-in 510-cu maddəsi ilə inzibati xətanı tərmətməsi bildirilmişdir. Protokolu tərtib edən Qobustan rayon Polis Şöbəsinin əməkdaşı, polis mayoru X7 məhkəmə iclasında izahat verərək göstərdi ki, 02 avqust 2024-cü il tarixdə X1 rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək həmkəndlisi Şəxs onu nalayiq ifadələrlə söydüyünü göstərmişdir. Bununla əlaqədar bir-neçə dəfə Təklə-Mirzəbaba kəndinə getsə də Şəxs kənddə olmadığını öyrənmişdir. Lakin 09 avqust 2024-cü il tarixdə yenitən Təklə- Mirzəbaba kəndinə gedərək barəsində olan şikayətlə əlaqədar Şəxs Qobustan rayon Polis şöbəsinə gətirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, o bir aydan çox müddətdir ki, Ağagül Əzizovu görməyib, heç bir sahəyə dəmir tor hasar çəkməyib. 02 avqust 2024-cü il tarixədə, nə də ki, başqa vaxtı Ağagül Əzizovu söyüb təhqit etməyib. İş üzrə zərərçəkmiş şəxs X5 məhkəmə iclasında izahat verərək göstərdi ki, Qobustan rayonunun Təklə-Mirzəbaba kəndində bələdiyyə sədri işləyir. Yaxın günlərdə kənd sakinləri ona həmkəndliləyi Şəxs tərəfindən bələdiyyəyə məxsus yeri dəmir torla hasarladığını və buna görə əkin-biçin üçün yolun tutulduğunu deyərək dəmir tor hasarın sökülməsini ondan xahiş etmişlər. O, da kənd sakinlərinin haqlı iradlarının aradan qaldığılması üçün Şəxs tor hasarı sökməsini bildirmişdir. Şəxs isə ona çəkdiyi tor hasatı sökməyəcəyini bildirmişdir. Bir neçə gün gözlədikdən sonra mübahisəli yerə baxış keçirən zaman dəmir tor hasarın hələdə sökülmədiyini görüb özü sökmüşdür. Bundan sonra Yusiflə görüməmişdir. Lakin 02 avqust 2024-cü il tarixdə Qobustan rayonu Təklə- Mirzəbaba kəndində gölün üstü deyilən yerlə gedərkən həmkəndlisi Şəxs iki dəfə “Sərvər” deyə səsləndiyini eşitmiş, lakin səsə baxmamışdır. Yusifin həyat yoldaşı ona “Sərvər deyil, Ağagüldür” dedikdən sonra Yusif əlindəki yaba ilə onun üstünə gələrək çəkdiyi hasarı uçurtduğunu ona irad tutaraq onu söyməyə başlamışdır.Hadisəni iki nəfər şahid görmüşdür. Zərərçəkmiş şəxsin verdiyi izahatdan məlum olur ki, hadisəni görən iki nəfər şahid olmuş, lakin iş materiallarında bu hal öz əksini tapmamış və şahidlərin ifadələri alınmamışdır. Ona görə də məhkəmə hesab edir ki, Qobustan rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində 09 avqust 2024-cü il tarixdə tərtib edilmiş MN ******* saylı inzibati xəta haqqında protokol geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə görə, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Məhkəmə hesab edir ki, Qobustan rayon Polis Şöbəsi tərəfindən 09 avqust 2024-cü il tarixdə tərtib edilmiş MN ******* saylı inzibati xəta haqqında protokol və əlavə olunmuş sənədlər Qobustan rayon Polis Şöbəsinə qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 134.1.4 və 268-ci maddəsini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: Qobustan rayon polis şöbəsi tərəfindən 09 avqust 2024-cü il tarixdə tərtib edilmiş MN ******* saylı inzibati xəta haqqında protokol və əlavə olunmuş sənədlər Qobustan rayon polis şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Rövşən Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar