Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-257/2024 09.08.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ X6 Elbrus oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi ilə, protokolu tərtib edən Qobustan rayon Polis Şöbəsinin əməkdaşı, polis mayoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi- fərdi fəaliyyət göstərən Vəkil iştirakları ilə, xx xxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi ev 3B, mənzil 32-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair Qobustan rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qobustan rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə 09 avqust 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs 08 avqust 2024-cü il tarixdə saat 17:00-da Qobustan rayonu “SON” adlanan ərazisində uca səslə nalayiq ifadələr işlədərək xırda xuliqanlıq hərəkətləri etmişdir.Nəticə də Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qobustan rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Qobustan rayon məhkəməsinə göndərilmişdir. Protokolu tərtib edən Qobustan rayon polis şöbəsinin əməkdaşı X4 bildirdi ki, Şıxıyev X3 rayonunun “SON” adlanan ərazisində mobil telefon vasitəsi ilə uça səslə danışaraq nalayiq ifadələr işlətdiyinə görə ona həmin ərazidə xidmətdə olan polis əməkdaşı ona yaxınlaşaraq onu nizam-intizama dəvət edərək Qobustan rayon polis şöbəsinə gətirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki, taksi fəaliyyəti ilə məşğul olduğuna görə 08 avqust 2024-cü il tarixdə Qobustan şəhərinə sərnişin gətirərək Qobustan rayonunun “SON” adlanan ərazisində düşürtmüşdür. Həmin zaman ona idarə etdiyi avtomobilin sahibi zəng vurmuş, onunla uca səslə mübahisə edərək onu nalayiq söyüşlərlə söymüşdür. Əməlindən peşmandır. Şahid Qobustan rayon polis şöbəsinin əməliyyat müvəkkili işləyən X1 ifadə verərək göstərdi ki, 08 avqust 2024-cü il tarixdə saat 17 radələrində Qobustan şəhəri ərazisində xidmətdə olarkən şəhərin “SON” adlanan ərazisində bir nəfər şəxsin mobil telefonla uca səslə nalayiq ifadələr işlətdiyini eşidib ona yaxınlaşmış və ona ərazinin ictimai yer olduğunu deyərək onu nizam-intizama dəvət etsə də həmin şəxs hərəkətlərini davam etdirmişdir. Ona görə də həmin şəxsi Qobustan rayon Polis Şöbəsinə gətirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını və şahidin ifadəsini dinləyib, inzibati materiallara əlavə olunmuş Şəxs törətməsi istinad olunan inzibati xətaların əks olunduğu sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi sübuta yetirilərək təqsirli bilinməlidir. Beləliklə iş materialları araşdırılaraq məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, ona Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən tənbeh tətbiq edilməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 12 (on) manat pul dövlət büdcəsindən tutularaq Şəxs məhkəmə iclası zamanı hüquqlarını müdafiə edən Vəkil hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 130-cu maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xətanı törətməsində təqsirli bilinib həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən 04 (dörd) gün müddətinə inzibati həbs olunsun. Həbs olunmanın əvvəli 09 avqust 2024-cü il, saat 17:00-dan hesablansın. Qərarın icrası Qobustan rayon Polis Şöbəsinə həvalə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilən Şəxs Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 02 (iki) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 12 (on iki) manat dövlət büdcəsindən tutularaq Vəkil hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(026)-257/2024
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-257/2024
09.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver