Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 3(026)-257/2025 27.08.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, İbrahimova Nigar Mustafa qızının katibliyi, şikayət vermiş şəxs X2, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X3 və onun vəkili Vəkil, qərarından şikayət verilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayının İİİ Tağım Yol-Patrul xidmətinin inspektoru X1 iştirakı ilə, X2 X5 barəsində qəbul edilmiş 03 avqust 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayəti nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə X2 X5 barəsində qəbul edilmiş 03 avqust 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət daxil olmuşdur. Məhkəmə iclasında şikayət vermiş şəxs X6 bildirdi ki, hadisənin baş verdiyi yerin Qobustan rayonunun ərazisinə düşdüyünü düşündüyünə görə o, inzibati tənbeh vermə haqqında qərardan şikayətini Qobustan Rayon Məhkəməsinə vermişdir. Hazırda hadisənin Abşeron rayonu ərazisində baş verməsi müəyyən edilsə də, artıq şikayətini Qobustan Rayon Məhkəməsinə verdiyindən şikayətinə məhz Qobustan Rayon Məhkəməsində baxılmasını istəyir. Məhkəmə iclasında qərarından şikayət verilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayının İİİ Tağım Yol-Patrul xidmətinin inspektoru X4 bununla bağlı arayış da təqdim edərək bildirdi ki, hadisənin baş verdiyi Bakı-Şamaxı-Yevlax yolunun 33-cü kilometrliyi Abşeron rayonunun inzibati ərazisinə aiddir. Məhkəmə iclasında barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X5 və onun vəkili Vəkil hadisənin Abşeron rayonu ərazisində baş verməsi səbəbindən şikayətin baxılması üçün aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədiklərini bildirdilər. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, göstərilənlərə əsasən şikayət aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM-in) 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” 04 noyabr 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, qanunverici tərəfindən İXM-in 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İXM-in 110.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Şikayət ərizəsinə əlavə edilmiş və hazırda mübahisələndirilən X5 barəsində qəbul edilmiş 03 avqust 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın məzmununda hadisənin 03 avqust 2025-ci il tarixində “Bakı-Şamaxı yolunun 33-cü km” ərazidə törədilməsi göstərilmişdir. YPXA-nın İİİ Tağımının komandir əvəzi, polis kapitanı Aydın İsayev tərəfindən verilmiş arayışdan isə müəyyən edilir ki, həmin ərazi Abşeron rayonunun inzibati ərazisinə aiddir. Göründüyü kimi, X2 mübahisələndirdiyi qərarın verilməsinə əsas olmuş hadisə Abşeron rayonu ərazisində baş vermişdir. Hazırda həm şikayət vermiş şəxsin, həm də barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxsin Qobustan rayonu ərazisində yaşamadığı iş materialları ilə müəyyən edilir. İnzibati tənbeh tətbiq edilməsinə əsas olan hadisə də Abşeron rayonu ərazisində törədildiyindən məhkəmə hesab edir ki, hazırkı şikayətə baxmaq səlahiyyəti hadisənin baş verdiyi ərazi üzə Abşeron Rayon Məhkəməsinin səlahiyyətlərinə aiddir. Qeyd olunanlara əsasən, sözügedən material baxılması üçün aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. İXM-in 132.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işin həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aid olub-olmaması həll edilir. İXM-in 132.2-ci maddəsinə əsasən, şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Beləliklə, təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, X2 X5 barəsində qəbul edilmiş 03 avqust 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət iş materialları ilə birlikdə baxılması üçün aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 110, 129 və 132-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X2 X5 barəsində qəbul edilmiş 03 avqust 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət iş materialları ilə birlikdə baxılması üçün aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №3(026)-257/2025
Qobustan Rayon Məhkəməsi Qərardad — İş №3(026)-257/2025
27.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver