Məhkəmə qərarları › İş №3(026)-258/2021

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-258/2021

12.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-258/2021 12.11.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Mustafayeva Bahar Elman qızının katibliyi ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində 4 saylı Ərazi Vergilər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə 4 saylı Ərazi Vergilər İdarəsindən "xxxx" MMC-nin Azərbaycan Respublikası İXM-in 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında protokolda göstərilmişdir ki, 25 oktyabr 2021-ci il tarixdə saat 11:51-də Qobustan şəhəri, H. Əliyev prospekti ünvanında vergi ödəyicisi "xxxx" MMC-də sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitəsindən istifadə ilə bağlı tələblərin pozulmasını, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmaması müəyyən olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi xəbardarlıq edilməsinə baxmayaraq tərəflər məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta törədən hüquqi şəxs "xxxx" MMC-nin bu əməli iş üzrə toplanmış materiallarla təsdiq olunur. İşdə olan 4 saylı Ərazi Vergilər İdarəsi tərəfindən tərtib edilmiş 25 oktyabr 2021-ci il tarixli MN ******* saylı protokolda göstərilir ki, "xxxx" MMC sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitəsindən istifadə ilə bağlı tələblərin pozulmasını, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmaması müəyyən olunmasına görə Azərbaycan Respublikası İXM-in 211.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-in 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Müəyyən olundu ki, 4 saylı Ərazi Vergilər İdarəsinin işçiləri tərəfindən 25 oktyabr 2021-ci il tarixdə saat 11:51-də Qobustan şəhəri, H. Əliyev prospekti ünvanında yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə əməl edilməsi vəziyyəti ilə əlaqədar nəzarət tədbiri həyata keçirilmiş və nəticədə "xxxx" MMC-nin əməkdaşı tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinin tələblərinin pozulması faktı müəyyən edilmişdir. "xxxx" MMC barəsində 25 oktyabr 2021-ci il tarixli MN0247666 nömrə ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, "xxxx" MMC Azərbaycan Respublikası İXM-in 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də "xxxx" MMC-nin barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 18, 40, 43, 48-51, 110, 114- 117, 128-130-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə təqsirli bilinib 600 manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar