Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 3(026)-258/2024 13.08.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Mən Qobustan rayon məhkəməsinin hakimi X1 xx xxxxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Sabunçu rayonu, Cavanşir küçəsi, 14-cü yataqxanada qeydiyyatda olan Şəxs barəsində tərtib olunmuş Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb olunması barədə İXP ******* saylı protokola baxıb MÜƏYYƏN ETDİM: Qobustan rayon polis şöbəsindən Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə inzibati xəta törətməsi barədə 10 avqust 2024-cü il tarixli İXP ******* saylı protokol daxil olmuşdur. Məhkəmə protokolu və ona əlavə olunmuş sənədləri araşdırıb hesab edir ki, protokol və əlavə olunmuş sənədlər aidiyyatı üzrə Bakı şəhəri Sabunçu rayon məhkəməsinə göndərilməlidir. İş materiallarına əlavə olunmuş Şəxs aid şəxsi məlumatdan görünür ki, Şəxs Bakı şəhəri, Sabunçu rayonu, Cavanşir küçəsi, 14-cü yataqxanada qeydiyyatdadır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.7-cı maddəsinə əsasən əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilir. Həmin Məcəllənin 110.1-ci maddəsinə görə, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Məhkəmə hesab edir ki, Şəxs inzibati xətanı törətdiyi yer Bakı şəhəri, Sabunçu rayonu olduğuna görə barəsində olan inzibati xəta haqqında 10 avqust 2024-cü il tarixli İXP ******* saylı protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 114, 118 və 128-ci maddəsini rəhbər tutub QƏRARA ALDİ: İnzibati xəta haqqında 10 avqust 2024-cü il tarixli İXP ******* saylı protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə göndərilsin. Hakim: Rövşən Xəlilov
Məhkəmə qərarları › İş №3(026)-258/2024
Qobustan Rayon Məhkəməsi Qərardad — İş №3(026)-258/2024
13.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver