Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-26/2022 02.02.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, Qobustan rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakı ilə, xx xxxxxx 1979-cu il tarixdə Qobustan rayonunun Təklə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Təklə-Mirzəbaba kəndində yaşayan Şəxs barəsində Qobustan rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan rayon İcra və probasiya şöbəsindən Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında 02 fevral 2022-ci il tarixli MN ******* saylı protokolda göstərilir ki, Qobustan rayon məhkəməsinin 10 oktyabr 2018-ci il tarixli 2(026)-485/2018 saylı icra sənədinə əsasən Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Qobustan rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X2 bildirdi ki, Qobustan rayon məhkəməsinin 10 oktyabr 2018-ci il tarixli 2(026)-485/2018 saylı icra sənədinə əsasən Şəxs 4580 manat pul, 30 manat ödənilmiş dövlət rüsumu və 40 qəpik xidmət haqqı alınıb iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməsinə dair icra vərəqəsi üzrə icra tədbirlərinə başlanılmış, lakin Şəxs borcunu icra etməyərək, icra sənədini könüllü icra etmir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi ilə telefon əlaqəsi saxlamış, nümayəndə cavabdeh Şəxs tərəfindən 2021-ci ilin may ayında cəmiyyətin xeyrinə 100 manat ödəniş etdiyi bildirilmişdir. Şəxs borcunu ödəməkdən boyun qaçırır. Ona görə də Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, Qobustan rayon məhkəməsinin 10 oktyabr 2018-ci il tarixli 2(026)-485/2018 saylı icra sənədinə əsasən ondan 4580 manat pul, 30 manat ödənilmiş dövlət rüsumu və 40 qəpik xidmət haqqı alınıb iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməsinə dair icra vərəqəsi üzrə icra məmurlarının çağırışına həmişə vaxtında gəlmiş, icra və probasiya şöbəsinə verdiyi izahatlarında da qeyd etmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə olan borcundan 800 manat ödəmiş, lakin ödəniş etməsi barədə heç bir qəbz əldə etməmişdir. İş məhkəməyə gəlməmişdən qabaq da 2500 manat pulu da həmin MMC-də işləyən Faiq adlı şəxsə vermişdir. Hazırda maddi vəziyyəti yaxşı olmadığına görə borcunu tam ödəyə bilmir, ödəmək imkanı yoxdur. İş materiallarında olan Qobustan rayon məhkəməsinin 10 oktyabr 2018-ci il tarixli 2(026)-485/2018 saylı icra sənədindən görünür ki, Şəxs 4580 manat pul, 30 manat ödənilmiş dövlət rüsumu və 40 qəpik xidmət haqqı alınıb iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməsi qət edilmişdir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddədə nəzərdə tutulmuş inzibati qaydada tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati həbs edilsin. Qərarın icrası Qobustan rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev :
Məhkəmə qərarları › İş №3(026)-26/2022
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-26/2022
02.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver