Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 3(026)-260/2024 28.08.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Qobustan rayon Məhkəməsinin hakimi X2, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi ilə, xx xxxx 1987-ci ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Qobustan rayonu Nabur kəndində qeydiyyatda olan və yaşayan Şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN-nin Qobustan rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işin baxılmağa hazırlanması zamanı materiala baxaraq, m ü ə y y ə n e t d i: Azərbaycan Respublikası DİN-nin Qobustan rayon Polis Şöbəsi tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Qobustan rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı müəyyən etdi ki, material protokolla birlikdə geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında materiala əlavə edilmiş İXP ******* nömrəli protokolda Şəxs Qobustan rayonu Nabur kəndində su xəttinə qoşularaq israfçılıq etdiyi göstərilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli Fərmanı ilə təqdiq edilmiş rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısının 19-cu bəndindən görünür ki, Məcəllənin 253-1.1.3, 262, 264.0.3 və 264.0.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi adından-ekologiya və təbii sərvətlər naziri, onun müavinləri, aparatın rəhbəri, şöbə müdiri onun müavini, sektor müdiri, baş məsləhətçi, Nazirliyin yanında X1 Xidmətinin rəisi, onun müavini, sektor müdiri, baş məsləhətçisi, böyük məsləhətçisi, aparıcı məsləhətçisi, məsləhətçi, regional və rayon (şəhər) ekologiya və təbii sərvətlər orqanının rəhbəri, onun müavini, baş məsləhətçisi, böyük məsləhətçisi, aparıcı məsləhətçisi tərəfindən tərtib edilə bilər. Ona görə də məhkəmə hesab edir ki, Qobustan rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində 13 avqust 2024-cü il tarixdə tərtib edilmiş MN ******* saylı inzibati xəta haqqında protokol geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə görə, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Məhkəmə hesab edir ki, Qobustan rayon Polis Şöbəsi tərəfindən 13 avqust 2024-cü il tarixdə tərtib edilmiş MN ******* saylı inzibati xəta haqqında protokol və əlavə olunmuş sənədlər Qobustan rayon Polis Şöbəsinə qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 134.1.4 və 268-ci maddəsini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: Qobustan rayon polis şöbəsi tərəfindən 13 avqust 2024-cü il tarixdə tərtib edilmiş MN ******* saylı inzibati xəta haqqında protokol və əlavə olunmuş sənədlər Qobustan rayon polis şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Rövşən Xəlilov
Məhkəmə qərarları › İş №3(026)-260/2024
Qobustan Rayon Məhkəməsi Qərardad — İş №3(026)-260/2024
28.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver