Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-261/2021 03.11.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Mustafayeva Bahar Elman qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1990-cı ildə Qobustan rayonunun Nabur kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Nabur kəndində yaşayan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDi: İnzibati xəta haqqında MN ******* saylı protokolda Şəxs 02 oktyabr 2021-ci il tarixdə X5 və X1 döyməsi göstərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Lətifova Sevda onun qardaşının arvadı, Fatimə isə qardaşının qızıdır. Münasibətləri normal olmuşdur. Arabir aralarında mübahisə yaransa da bu günə kimi heç vaxt nə Sevda, nə də Fatiməyə qarşı heç bır fiziki zor tətbiq etməmişdir. 03 sentyabr 2021-ci il trarıxdə yaşadıqları evdə olarkən Lətifova Sevda ilə aralarında sözlə mübahisə olsa da Sevdaya və Fatiməyə qarşı heç bir fiziki zor tətbiq etməmişdir. İİİ qrup əlildir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini xahiş etdi. İş materiallarında olan Qobustan rayon polis şöbəsinin cinayət işinin başlanmasının rədd edilməsi barədə 02 noyabr 2021-ci il tarixli qərarın surətindən görünür ki, X3 əməlində cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanılması rədd edilmişdir. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 02 noyabr 2021-ci il tarixli qərarın surətindən görünür ki, Qobustan rayon MTE-a və PAB-nin verdiyi 09 sentyabr 2021-ci il tarixli 153 saylı rəyində X2 məhkəmə tibbi müayinəsi zamanı bədənində heç bir xəsarət və ya xəsarətlər aşkar olunmamışdır. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 02 noyabr 2021-ci il tarixli qərarın surətindən görünür ki, Qobustan rayon MTE-a və PAB-nin verdiyi 29 oktyabr 2021-ci il tarixli 204 saylı rəyində X4 məhkəmə tibbi müayinəsi zamanı bədənində heç bir xəsarət və ya xəsarətlər aşkar olunmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, X6 Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 300 manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-261/2021
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-261/2021
03.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver