Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 3(026)-262/2021 30.12.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb olunması barədə inzibati materiala baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan rayon polis şöbəsindən Qobustan şəhər sakini Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta törətməsi barədə 05 noyabr 2021-ci il tarixli MN ******* saylı protokol daxil olmuşdur. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdırıb hesab edir ki, Qobustan rayon polis şöbəsinin əməkdaşı X1 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında 05 noyabr 2021-ci il tarixli MN ******* saylı protokol düzgün tərtib olunmadığı üçün və natamam olduğundan geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə görə, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Məhkəmə hesab edir ki, Qobustan rayon polis şöbəsinin əməkdaşı tərəfindən tərtib olunmuş MN ******* saylı 05 noyabr 2021-ci il tarixli protokol və əlavə olunmuş sənədlər Qobustan rayon polis şöbəsinə qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: Qobustan rayon polis şöbəsinin əməkdaşı tərəfindən tərtib olunmuş MN ******* saylı 05 noyabr 2021-ci il tarixli protokol və əlavə olunmuş sənədlər Qobustan rayon polis şöbəsinə geri qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-262/2021
Qobustan Rayon Məhkəməsi Qərardad — İş №3(026)-262/2021
30.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver