Məhkəmə qərarları › İş №3(026)-266/2021

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-266/2021

10.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-266/2021 10.11.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Mustafayeva Bahar Elman qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx xxxxxx 1954-cü ildə Şamaxı rayonunun Lenin sovxozunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Şamaxı rayonunun Şəhriyar qəsəbəsində yaşayan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDi: İnzibati xəta haqqında MN ******* saylı protokolda Şəxs qızının 17 oktyabr 2021-ci il tarixdə X2 döyməsi göstərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Şamaxı rayonu ərazisində yerləşən “Şeyxeyyub baba” ziyarətgahına daimi olaraq gedib gəlir. Arabir həmin ziyarətgahdan ona və onun ailəsinə yemək və ya pul verilir. Lakin uzun müddətdir ki, Mürşüd adlı şəxslə aralarında həm pul həm də digər malların verilməsi səbəbindən mübahisələri olmuşdur. Mürşüdün əsas məqsədi onların ziyarətgaha gediş gəlişinin qarşısını almaqdır. 17 oktyabr 2021-ci il tarixdə Əfsanə adlı şəxs onun ərinə qara şal verərək gətirib ona verməsini istəmişdir. Əri həmin şalı gətirib ona verdikdən sonra o, həmin qara şalın ona göndərilməsini özünə təhqir hesab edərək həmin şalı götürüb ziyarətgaha geri qayıtmışdır. O, Əfsanənin yanına gələrək qara şalı Əfsanəyə verərək öz başına və öz oğlunun tabutuna qoyarsan demişdir. Əfsanə də özünü yerdən yerə vuraraq səs küy salmağa davam etmiş, o isə həmin şəxsə qarşı heç bir təsir göstərmədən oradan çıxıb getmişdir. Zərərçəkmiş şəxs X4 izahatında göstərdi ki, Qobustan şəhəri ərazisində yerləşən “Şeyxeyyub baba” ziyarətgahında təmizlik işləri ilə məşğul olur. Gördüyü işlərin qarşılığında isə həmin ziyarətgaha gələn şəxslərin ona verdiyi puldan götürür. 17 oktyabr 2021-ci il tarixdə hər gün olduğu kimi ziyarətgahda təmizlik işləri apararkən həmin ziyarətgahdan yardım alan Gülmirə adlı şəxs və onun adını bilmədiyi qızı onun yanına gəlmişdir. O, həmin şəxslərə ziyarətgahda olan ət və sair nemətlərdən və bir ədəd də qara rəngli şal vermişdir. Həmin vaxt Gülmirənin adını bilmədiyi qızına qara şalı götür, gələcəkdə hüzur olanda taxarsan demişdir. Bu vaxt Gülmirə və Gülmirənin qızı onun qara rəngli şalı verməyinə əsəbləşərək onu döyməyə başlamışdır. Gülmirə onun üzündən sillə vuraraq onu döymüş, Gülmirənin qızı da həmin vaxt anasına qoşularaq onun üzündən sıllə zərbəsi vuraraq onu döyməyə başlamışdır. O, isə həmin şəxslərin “Şeyxeyyub baba” nın nəslindən olduqlarına görə onlara qarşı heç bir fiziki zor tətbiq etməmiş və həmin şəxsləri döyməmişdir. İş materiallarında olan Qobustan rayon polis şöbəsinin cinayət işinin başlanmasının rədd edilməsi barədə 05 noyabr 2021-ci il tarixli qərarın surətindən görünür ki, Şəxs və X3 əməlində cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanılması rədd edilmişdir. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 05 noyabr 2021-ci il tarixli qərarın surətindən görünür ki, Qobustan rayon MTE-a və PA-nın verdiyi 28 oktyabr 2021-ci il tarixli 199 saylı rəyində X1 məhkəmə tibbi müayinəsi zamanı bədənində aşkar olunmuş xəsarətlər-sol və sağ said nahiyələrinın sıyrıqları, sol bazu, sol dirsək oynağı, sağ və sol baldır nahiyələrində qançır bərk küt əşya təsirindən 18 sentyabr 2021-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilər. Həmin xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qızının və zərərçəkmiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs qızı Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 300 manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar