Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-267/2023 22.09.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, 06 avqust 1968-ci ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonu Qobustan şəhərində Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan rayon polis şöbəsindən Şəxs Azərbaycan Respublikası İXM-in 329.3, 334.2 və 342.2.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə rayon məhkəməsinə İXP ******* saylı protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 21 sentyabr 2023-cü il tarixdə saat 18:59 radələrində Qobustan şəhəri, H. Əliyev prospektində “VAZ-2101” markalı **- VH-*** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olarkən dönmə işığını yandırmadığı və avtomaşında konstruksiya dəyişikliyi etdiyi üçün Qobustan rayon polis əməkdaşları tərəfindən saxlanılmışdır. Şəxs Azərbaycan Respublikası İXM-in 329.3, 334.2 və 342.2.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini etiraf edərək bildirdi ki, Qobustan rayonun Qobustan şəhərində yaşayır. 21 sentyabr 2023-cü il tarixdə etibarnamə ilə idarə etdiyi VAZ 2101 markalı ** VH *** nömrə nişanlı avtomaşınla Qobustan şəhəri H. Əliyev prospekti ilə hərəkət edərkən dönmə işığından istifadə etmədiyinə görə polis əməkdaşları tərəfindən saxlanlmış, polis əməkdaşları ondan sənəd tələb etmişlər. Polis əməkdaşlarına sürücülük vəsiqəsi olmadığını bildirmişdir. Həmin zaman nəfəsindən spirtli içki iyi gəldiyinə görə onu Qobustan rayon polis şöbəsinə gətirmişlər. Həkim müayinəsindən keçərkən sərxoş olduğu aşkar olunmuşdur. Əməlindən peşmandır. İşdə olan 21 sentyabr 2023-cü il tarixli 194 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs 21 sentyabr 2023-cü il tarixdə yüngül dərəcəli sərxoşluğu müəyyən edilmişdir. Qobustan rayon məhkəməsinin 03 may 2023-cü il tarixli 3(026)-150/2023 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə təqsirli bilinib 800 manat cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 334.2-ci maddəsində bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 34.2-ci maddəsinə görə, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 334.2-ci maddəsinin sanksiyasında daha ciddi xəta nəzərdə tutulduğuna görə Şəxs Azərbaycan Respublikası İXM-in 334.2-ci maddəsi ilə inzibati tənbeh olunmalıdır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 334.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati qaydada inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 34, 40, 43, 48-51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İXM-nin 334.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib iyirmi gün müddətinə həbs edilsin. Həbsetmənin əvvəli 22 sentyabr 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Qobustan rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-267/2023
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-267/2023
22.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver