Məhkəmə qərarları › İş №3(026)-268/2021

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-268/2021

12.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-268/2021 12.11.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Mustafayeva Bahar Elman qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X2 iştirakı ilə, xx xxxx 1980-ci Qobustan rayonunun Təklə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Təklə kəndində yaşayan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq MÜƏYYƏN ETDİ: Qobustan rayon polis şöbəsindən daxil olmuş MN ******* saylı protokolda Şəxs 10 oktyabr 2021-ci il tarixdə Qobustan rayonunun Təklə kəndi ərazisində X3 məxsus avtomobilin ön şüşəsini sındıraraq ona maddi ziyan vurduğu göstərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Vüqar Ağagülovla münasibətləri normal olmuşdur. 30 oktyabr 2021-ci il tarixdə yaşadığı evə qaz xətti çəkdirmişdir. Onun qaz xətti ana linadan evə gəlmək üçün yoldan keçir. X5 onun qonşusudur. Vüqar heç vaxt kəndin ictimai işlərində fəal iştirak etməmişdir. Kənd camaatı olaraq su xətti çəkdirəndə də Vüqar fəal iştirak etməmişdir. Həmin vaxtdan bu günə qədər Vüqar onunla prinsip aparmışdır. 30 oktyabr 2021-ci il tarixdə saat 17:00 radələrində o, qaz xətti çəkdirərkən Vüqar özünə məxsus ağ rəngli “VAZ 2107” markalı maşınla yolu dəfələrlə keçərək qaz xəttinin çəkilməsinə maneələr yaratmışdır. Vüqar maşınla yuxarı qalxarkən o, Vüqarı saxlatmış və niyə belə etdiyini soruşmuşdur. Bu vaxt aralarında mübahisə yaranmışdır. O da Vüqara məxsus olan avtomobilin alın şüşəsinə yumruqla bir dəfə vurmuş və şüşə çatlamışdır. Daha sonra həmin yerdən uzaqlaşmışdır. Həmin vaxt o, çox əsəbi olmuş və bu səbəbdən də şüşəni düzəltdirməyəcəyini demişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 izahat verərək göstərdi ki, Şəxs həmkənlisidir və münasibətləri normal olmuşdur. Araz Qobustan rayon, Təklə kəndində özünə məxsus olan fərdi yaşayış evinə qaz xətti çəkdirir. Onun fərdi yaşayış evinə gedən yol da Arazın qaz xətti çəkdirdiyi yolun üzərində yerləşir. 30 oktyabr 2021-ci il tarixdə günorta saat 12 radələrində o, öz yaşadığı evə gedərkən Arazın qaz boruları ilə bağladığı yoldan keçərkən o, Araza yolu bağlamamasını və onun öz evinə gediş gəlişinə imkan verməsini bildirmişdir. Araz isə ona heç bir cavab verməmiş və yolu da açmamışdır. O da həmin yerdən çətinliklə keçərək öz evinə getmişdir. Həmin gün axşam saatlarında o, yenidən öz evinə gedərkən Arazın yenə də yolu bağladığını görmüş, bu dəfə də Araza öz iradını bildirdikdə Araz əli ilə ona məxsus olan VAZ2107 markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq şüşəsinə vuraraq şüşəni sındırmışdır. O, Araza avtomobilin şüşəsini sındırdığını və düzəltdirməli olduğunu bildirmiş, Araz isə “mən düzəltdirməyəcəm nə bilirsən elə” demişdir. İş materiallarına əlavə olunmuş Qobustan rayon polis şöbəsinin TQ-in 09 noyabr 30 dekabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, Qobustan rayonu ərazisində fərdi şəkildə avtomobillərin təmiri ilə məşğul olan mütəxəssis Əfqan Sadayevin tərtib etdiyi 01 noyabr 2021-ci il tarixli 22 saylı aktında göstərilir ki, X2 istifadəsində olan X1 məxsus VAZ-2107 markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 98 manat maddi ziyan dəymişdir. Qobustan rayon polis şöbəsinin TQ-in 09 noyabr 30 dekabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsi ilə inzibati icraat aparılması üçün qərarın surəti Qobustan RPŞ-nin İTB-nə göndərilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 232.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 232.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 100 manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar