Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-269/2021 15.11.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Mustafayeva Bahar Elman qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx xxxxxx 1969-cu ildə Şamaxı rayonunun Nərimankənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan şəhərində yaşayan Şəxs barəsində Qobustan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan RPŞ-dən Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu madəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə MN daxil olmuş ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 13 noyabr 2021-ci il tarixdə X2 ilə mübahisə edərək onu söyüb təhqir etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Qobustan şəhərində yaşayır. Qobustan şəhərində şəhid qardaşının adına olan küçədə yerləşən 20 Yanvar şəhidlər xiyabanında gözətçi işləyir. Həmin parkın hasarının uçduğunu və orada Hidayət adlı şəxsə məxsus heyvanların parkın həyətinə salınıb otarıldığını görüb Hidayətə heyvanları oradan çıxarmasını xahiş etmişdir. Hidayət ona həmin ərazini dayısı oğlu X1 aldığını və onu isə həmin əraziyə gözətçi təyin etdiyini bildirmişdir. Məsələ haqqında Qobustan rayon icra hakimiyyətinə məlumat vermiş və orada şəhidlər xiyabanının heç kim tərəfindən heç kimə satılmadığı bildirilmişdir. Əflanı və digər şəxsləri söyüb təhqir etməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 izahatında bildirdi ki, bir neçə ay əvvəl Qobustan rayonu ərazisində yerləşən “OBA” marketin qarşısında kənd ağsaqqalı Böyükağa Təhməzov və Mədət Mədətovla söhbət edərkən rayon sakini və tanıdığı Şəxs içkili vəziyyətdə ona yaxınlaşaraq niyə bu boyda ərazini zəbt etdiyini və hündür hasarladığını ona irad tutaraq onunla mübahisə etmişdir. Həmin vaxtı Əflatun yola verməyə çalışaraq onunla heç bir mübahisə etməmişdir. Həmin vaxtdan bir neçə gün sonra onun həyətində gözətçi işləyən Hidayət Yaqubova yaxınlaşıb onun ünvanına xoşagəlməz ifadələr işlədərək onun ünvanına söyüşlər söymüşdür. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirıiyi yanında Dövlət Sosial Müdafiəsi Fondunun Qobustan rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin verdiyi 14 iyul 2015-ci il tarixli 037086 saylı vəsiqənin surətindən görünür ki, Şəxs ümumi səbəbdən İİ dərəcəli əlildir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Məhkəmə Şəxs İİ qrup əlil olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 100 manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-269/2021
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-269/2021
15.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver